DualCare sistemi: geyimləriniz üçün ideal tənzimləmələr
DualCare sistemi yuma dövriyyəsini parçanın növünə və yükləmənin çəkisinə əsasən avtomatik tənzimləyir. Geyiminiz üçün daimi olaraq optimal temperatur və barabanın hərəkəti təmin edilir. Yuma və qurutma prosesinin ideal tənzimlənməsi sayəsində hər bir geyiminiz öz görünüşünü və keyfiyyətini uzun müddət ərzində qoruyacaq.
96%-dək daha az su sərfiyyatı ilə təravətli geyim
FreshScent ilə SteamCare sistemlərinin köməkliyi ilə geyimlərinizi yenidən canlandırın. Sevdiyiniz paltarları buxarla təravətləndirərək bir yuma dövriyyəsinə 40 lt qədər suya qənaət edib geyimlərin istifadə müddətini uzadacaqsınız. Əlavə təravətlik hissi üçün isə sadəcə təravətləndirici əlavə edin.
SensiCare – daha az vaxta individual qulluq
SensiCare sistemi hər bir yükləmənin çəkisini ölçərək yuma dövriyyəsini tənzimləyir və optimal yuma müddətini seçir. Bu normadan artıq yuyulmanın qarşısını alır və geyimlərin görünüşünü və forması qorumağa kömək edir.
Bir saatdan sonra geyinmək olar
“Non-stop 60 dəqiqə” proqramı – minimal yükləmələrdə cəmi bir saat ərzində sürətli və effektiv yuma dövriyyəsi və qurudulması deməkdir. Nəticə? Geyiminizin lazım olan vaxt üçün yuyulması və qulluğu.
“Yuma+Qurutma” yuma dövriyyəsinin rahatlığı
“Yuma+Qurutma” proqramı bir düyməyə toxunuşla geyimlərinizin rahat təmizlənməsini təmin edir. “Qurudan quruyadək” kombinləşdirilmiş yuma prosesini seçin. Yuma və qurutma dövriyyələrini ayrı-ayrılıqda da seçmək mümkündür. Nəticədə, çamaşırlanın effektiv təmizlənməsi üçün geniş imkanlar əldə edilir.