Braun Se5780 epilyatoru 0.5 mm uzunluğunda olan tükləri tuta bilir. Smartlight işıqlandırma ilə tükləri aydın görəcəksiniz. Əlavə masaj və ülgüc başlıqları var.
Salon prosedurlarını ev şəraitində etməyi istəyirsiniz? Hamar dəriyə sahib olmaq üçün Braun brendinə üz tutun. Geniş başlığı sayəsində bədənizin fərqli hissələrini rahat epilyasiya edə biləcəksiniz. Braun Se5780 modeli əlavə 5 ədəd başlıqlarla təchiz edilib. Əsas başlıq epilyasiya üçün nəzərdə tutulub. Close-Grip texnologiyası hətta 0.5 mm uzunluğunda olan tüklərdən azad olmaq üçün imkan yaradır. Maqqaşlar ən incə tükləri belə asanlıqla tutur. Smartlight işıqlandırma ilə tükləri aydın görə biləcəksiniz. İdeal nəticə üçün cihaz vasitəsilə dərinin üzərindən bir dəfə keçməyiniz kifayət edir. Çoxsaylı barmaqlıqlar tükləri qaldırır və maqqaşlar onları asanlıqla tuta bilir.
Epilyasiya prosesinin ağrısız keçməsi üçün masaj başlığından istifadə edin. Hərəkət edən başlıq bədənin cizgilərinizi təkrarlayır. Nəticədə hətta çətin hissələr tüklərdən mükəmməl təmizlənir. Dərini prosedura hazırlamaq və epilyasiyadan sonra sakitləşdirmək üçün sərinləşdirici əlcəkdən istifadə edin. Əlcəyi bir müddət dondurucuda saxlayıb daha effektiv nəticə əldə edəcəksiniz.
Əlavə başlıqlar vasitəsilə qoltuqaltı, üz və bikini sahələrində hamar dəriyə sahib olmaq olar. Həssas dərinin olduğu yerləri epilyasiya etmək istəmirsinizsə komplektasiyaya ülgüc başlığı daxil edilib. Cihazı təmiz saxlamaq üçün prosedurdan sonra başlıqları firça ilə təmizləmək və ya su altında yumaq kifayət edir.