Kataloq

Sizdən Hissə-hissə ödənişlə məhsul almaq mümkündür?
Bəli, Siz məhsulları 24 ayadək hissə-hissə ödəniş şərtlərilə əldə edə bilərsiniz. Əksər məhsullar 18 ayadək Faizsiz hissə-hissə ödəniş şərtlərilə, İlkin ödənişsiz, iş yerindən arayış tələb olunmadan təqdim olunur.

Alınan malın ödənişi hansı valyuta ilə hesablanır?
Kontakt Home mağazalarından istər nağd, istərsə də hissə-hissə ödənişlə əldə olunan bütün məhsulların ödənişi yalnız Azərbaycan Respublikasının milli valyutası – Azərbaycan manatı ilə hesablanır.

Onlayn sifariş hansı Şəhərlərdə keçərlidir?
Hazırda onlayn sifariş və çatdırılma xidməti Bakı, Abşeron, Sumqayıt, Gəncə (Daşkəsən, Şəmkir, Goranboy, Mingəçevir, Samux, Göygöl), Qəbələ (Şəki, Oğuz, Ağdaş, Göyçay, İsmayıllı) və Masallı (Cəlilabad, Yardımlı, Lerik, Lənkəran, Astara) daxili keçərlidir.

Sifariş edilən məhsul neçə günə çatdırılır?
Kiçik məişət texnikası, tel/tab və aksessuarlar əldə etdiyiniz təqdirdə,onlayn satış təmsilçisinin zəng edib məhsulu adınıza rəsmiləşdirməsi ilə yekunlaşır.Rəsmiləşdirmə 11:00-dan əvvələ qeydə alınıbsa, sifarişiniz gün ərzində çatdırılacaq.Rəsmiləşdirmə 11:00-dan sonraya qeydə alınıbsa, sifarişiniz növbəti gün ərzində çatdırılacaq.Əgər deyilən vaxtda çatdırılmasa məhsula əlavə 5% endirim edilir. Lakin qeyd edək ki, məhsul yalnız bölgə mağazalarımızda olsa və həmin mağazadan satış edilsə çatdırılma məsafə ilə əlaqədar gecikə bilər, 32+ diaqonal TV, böyük məişət texnikası əldə etdiyiniz təqdirdə sifarişiniz nağddırsa 1 iş günü ərzində, hissəvi şərtlərlə və ya taksitlə alışdırsa 3 iş günü ərzində ünvanınıza çatdırılacaq.

Hissəvi alış zamanı hansı sənədlər tələb olunur?
Sadəcə şəxsiyyət vəsiqənizlə hissə-hissə ödəniş şərtləri ilə məhsul əldə edə bilərsiniz.

Aylıq ödənişimi onlayn formada necə həyata keçirə bilərəm?
Əgər istifadə etdiyiniz bank kartı buna imkan verirsə istənilən Visa və ya Mastercardla ödənişinizi onlayn şəkildə həyata keçirə bilərsiniz. Bunun üçün aşağıdakı linkə keçməyiniz kifayətdir:

https://www.million.az/attributes/KontaktHome

Məhsulu bəyənməsəm geri qaytara bilərəm?
Bəli, məhsulu əldə etdiyiniz gündən etibarən 14 gün ərzində dəyişdirə və ya qaytara bilərsiniz.

Mağazalarınız harada yerləşir?
Linkə daxil olmaqla mağazalarımızın ünvanlarını nəzərdən keçirə bilərsiniz: www.kontakt.az/magazalar

Ən böyük mağazanız hansıdır?
Ən çox məhsul çeşidi olan mağazalarımız: Xalqlar Dostluğu, 8-ci km, Bakıxanov-2, Əhmədli, Xırdalan,Ukrayna dairəsi,Sumqayıt-3, İnşaatçılar və 3-cü mkr.

Çatdırılma ödənişsiz həyata keçirilir?
Yalnız dəyəri 50 AZN-dən az olan sifarişlərin çatdırılması üçün 3 AZN ödəniş tələb olunur.

Saytınızdan məhsul sifariş etdikdən sonra ləğvi mümkündür?
Bəli, sms ilə göndərilən sifariş nömrənizi bizə təqdim edərək, sifarişinizi ləğv edə bilərsiniz.

Şəxsi hesab
Şəxsi hesabın üstünlüklərindən yararlanmaq üçün daxil olmaq və ya qeydiyyatdan keçməyi tövsiyə edirik.

Hesab və ayarlar

Aylıq Ödəniş
Əlaqə:: *6060