Rahat nəfəs alın
Samsunq tozsoran modellərində HEPA filtrasiya sistemindən istifadə edilib. Nəticədə, təmizlik zamanı tozsorandan tamamilə təmiz hava çıxır. Tozu, kifi və digər allerqenləri tuta bilən HEPA filtri otaqdakı havanı təmizləyir və sağlamlığınız üçün daha təhlükəsiz edir. Üstəlik, tozsorandan çıxan havanın HEPA filtrlarının istifadəsi ilə təmizlənməsinin effektivliyi SLG Alman Sınaq və Sertifikatlaşdırma İnstitutunun sertifikatları ilə təstiqlənir. Həmçinin bizim ev qənələrini və allerqenləri məhv edən filtrasiya texnologiyalarımız sertifikatlaşdırılıb.
Toz qabının təmizlənməsi üçün 3 sadə addım
Təmizləmə prosesinin ən xoşagəlməz mərhələsi toz qabının boşaldılmasıdır. Lakin, bu Samsung brendinin toz qabına aid deyil. Bunun üçün sadə 3 addım yerinə yetirilməlidir. Düyməyə basıb, toz qabını çıxarın və daxilində olan zibili boşaldın. Əziyyətsiz və ətrafınızı bürüyən toz buludları olmadan – təmizliyi qorumaq hələ bu qədər asan olmamışdı.
Samsung brendinin təqdim etdiyi Twin Chamber SystemTM – bir birinin içində olan iki fərdi hissələrə bölünmüş toz qabı deməkdir. Bu quruluş daha keyfiyyətli təmizləməni təmin edərək uzun müddət ərzində yüksək sovurma gücünün qorunması üçün imkan yaradır. Güclü sovurma gücü sayəsində toz hissəcikləri daxili konteynerdə dövriyyə edir. Daha sonra zibil havadan ayrılır və xarici konteynerin divarlarında qalır. Bununla yanaşı, Twin Chamber sisteminə malik Samsung tozsoranı sayəsində toz torbalarını təmizləməkdən əziyyət çəkməyəcəksiniz.