İkisi birində soba
Dual Cook ikiqat hazırlama texnologiyası sobanın yuxarı və aşağı bölmələrini həm ayrı-ayrılıqda, həm birlikdə istifadə etməyə imkan verir. Həmçinin, qoxular qarışmadan, hər biri öz temperatur və vaxt rejimində olmaqla, eyni anda iki yemək hazırlaya bilərsiniz.
Katalitik sistemlə asan təmizləmə
Katalitik təmizləmə kameranın içinin divarlarının təmizlənməsi prosesini əhəmiyyətli dərəcədə asanlaşdırır. Kameranın arxa divarında katalitik material qızartma zamanı yaranan, daha sonra isə oksidləşən və neytrallaşan yağ hissəciklərini özünə çəkir.
Zəhmətsiz, xəfif və asan sürüşdürülən rəf
Teleskopik istiqamətləndiricilər böyük və ağır qabla barmaqlıqları asanlıqla çıxartmağa imkan verir. İndi yeməyi çevirən, yerini dəyişdirən və ya üzərinə sous əlavə edən zaman problem yaşamayacaqsanız.
Daha çox yeməklər bişirir
Kameranın içinin böyük həcmi sayəsində bütün ailə və qonaqlar üçün yeməyi birbaşa böyük tava və ya qazanlarda asanlıqla və tez hazırlaya bilərsiniz.
Effektiv enerji sərfiyyatı ilə büdcəyə qənaət
Kameranın içinin böyük həcminə baxmayaraq, sobaya “A” enerji sərfiyyatı sinfi verilib. Yüksək qənaətlilik elektrik enerjisi xərclərini azaltmağa və büdcənizə qənaət etməyə imkan verir.
Gərginlik dəyişikliklərindən effektiv mühafizə
Gərginlik dəyişikliklərindən (Voltage Control) mühafizə funksiyası sobanı elektrik şəbəkəsində gərginliyin qeyri-sabitliyinə görə yaranan zədələrdən qoruyur. Mühafizə sistemi gərginliyin əhəmiyyətli artımını qeydə alır və enerji təminatını avtomatik şəkildə söndürür.