Konturinq münasib qiymətə.
Konturinq kosmetik məhsulunun açıq və tünd çalarlarından istifadə edərək siz üzünüzün xüsusi formalarını və konturlarını yarada bilərsiniz. Bu vasitə sırf üz cizgiləri ilə oynamaq üçün istifadə edilən makiyaj texnikasıdır. Onların əsasən iki növü-tünd və açıq rəngli çaları mövcuddur. Tünd kontur çalarları həcm əlavə etmək və kölgə effektləri yaratmaq üçün istifadə edilir. Açıq rəngdə olan konturinq isə konturları vurğulamaq üçün istifadə olunur. Bu texnika üzün formasını vurğulamağa və ya dəyişdirməyə imkan verir, onu daha ifadəli və simmetrik edir. Bir sözlə üz üçün konturinq kosmetik vasitəsinin möcüzəvi strukturu üzünüzün cizgilərini vurğulamaq və ya fərqli etmək üçün istifadə edilə bilər. Onlayn mağazamızda siz konturinq məhsullarının hər iki rəngdə müxtəlif çalarlarını tapa bilərsiniz.