Mikrodalğalar mətbəxdəki işinizi sürətləndirir
Mikrodalğalar – ləzzətli yeməklərin hazırlanmasının ən qısa yolu. Bir barmaq toxunuşu ilə qısa müddət ərsində şokoladı əridə, sevdiyiniz zapekankanın donunu aça və ya yeməklərinizi isidə bilərsiniz.
Donun açılması funksiyası: sevdiyiniz ərzaqlardan daha tez istifadə edəcəksiniz
Donun açılması funksiyası ilə dondurulmuş ərzaqları daha sürətli hazırlamaq olar. Qida məhsulunun növünü və çəkisini idarəetmə panelinə daxil edin və mikrodalğalı soba tələb olunan vaxtı avtomatik təyin edəcək. Ən əsasi isə, ərzaqların dadı və teksturası dəyişməyəcək.
Vaxtın asan hesablanması - mükəmməl nəticə
Rahat idarə edilən taymer sayəsində yeməkləriniz mikrodalğalı sobada normadan artıq qalmayacaq. Qızma müddətini qeyd edin və təyin edilən vaxtda cihaz avtomatik sönəcək. Nəticə sizi qane etməsə, əlavə vaxtı daxil edin.
Avtomatik proqram: ləzzətli nəticələr
Avtomatik proqramların köməkliyi ilə hazırlama prosesi zamanı səhflər buraxılmayacaq. Sözügedən proqramlarla geniş imkanlara sahib olacaqsınız. Bişmə zamanı qızma güçünün avtomatik seçimi mikrodalğalı sobada hazırlama prosesini sadələşdirir.