Müxtəlif tələblərinizə cavab verən bişirici panel
Üç ədəd qaz ocağının və elektrikli isinmə sahəsinin birləşməsi bişirəcəyiniz yeməyə uyğun olaraq isinmə mənbəyini seçməyə imkan verir.
Yeməklərin ardıcıl hazırlanması üçün möhkəm və davamlı barmaqlıqlar
Sözügedən qaz bişirmə paneli yüksək keyfiyyətli çuqun barmaqlıqlarla təchiz edilib. Bu möhkəm, etibarlı və sabit altlıqlar sizə illər boyu xidmət edəcək və çətin vəziyyətdə qoymayacaq.
Temperaturun təbii tənzimlənməsi
Bişirmə panelinin ön hissəsində yerləşən idarəetmə açarlarının köməkliyi ilə qızma səviyyəsini asanlıqla tənzimləyəcəksiniz.
Avtomatik alışqan yeməklərin gecikmədən hazırlanması üçün imkan yaradır
Alışqanın və isinmə səviyyəsinin fırlanıb basılan düymə ilə idarə edilməsi sayəsində artıq vaxt sərf etmədən ocağı yandırıb yeməyi hazırlama prosesinə başlamaq olar.
Dincliyinizi təmin edən praktik həll yolu
Qaz ocağında alov təsadüfən sönsə plitənin konstruksiyasına yerləşdirilən innovativ texnologiyaların köməkliyi ilə bu hal müəyyənləşdirilir və qazın verilməsi avtomatik dayandırılır.