*6060
Aylıq Ödəniş
--
svg-icon-cart
Kataloq
svg-icon-wishlist svg-icon-wishlist-active
svg-icon-compare-x svg-icon-compare-active
Təsvir
Rəylər
Alternativ seçim
Xidmət seçin

iPhone 12 smartfonu 256 GB daxili yaddaşa malikdir. 6.1" düymlü Super Retina XDR displey görüntünün parlaq ötürülməsini təmin edir. Korpus IP68 standartı ilə sudan və tozdan qorunur.

iPhone 12 qırmızı korpusu ilə diqqəti cəlb edir. Smartfon sürətli interfeysə, həcmli batareyaya, keyfiyyətli kamera blokuna malikdir. Bu səbəbdən bu modelin uzun müddət ərzində Kontakt Home saytında ən çox seçilən smartfonlar siyahısına daxil olması təəccübləndirmir.

Görünüş və Displey

iPhone 12 nazik 7.4 mm qalınlığında olan korpusu ilə seçilir. Cihazın yan hissələri mat alüminiumdan hazırlanıb. Çərçivənin yastı olması sayəsində sərhədsiz displey vizual olaraq daha böyük görünür. Arxa və ön panellər şüşədən hazırlanıb. Lakin, yarana bilən cızıqlar barəsində narahat olmağa dəyməz – ekran innovativ Ceramic Shield örtüyü ilə qorunur. Bu materialın istehsalında şüşənin daxilinə keramikadan hazırlanan nanokristallar əlavə edilir. Nəticədə, displey 4 dəfə daha möhkəm olub.

Smartfonda video izləməyi sevirsinizdə 6.1" düymlü Super Retina XDR displeyin keyfiyyətini bəyənəcəksiniz. Rənglər parlaq və dəqiq ötürülür. Yüksək kontrast sayəsində görüntü daha həcmli təsvir edilir. 12-ci iPhone filmlərin izlənilməsi üçün idealdır. Maksimal parlaqlıq 1200 nit təşkil edir. Ətrafınızdakı işıqlandırmadan asılı olmayaraq bu displey istənilən kontenti yüksək keyfiyyətdə təsvir edir.

iPhone 12 sudan və tozdan qorxmur. Korpus IP68 qorunma dərəcəsinə malikdir. Smartfon suyun altında 6 metr dərinliyində 30 dəqiqə ərzində qala bilir. Beləliklə, yüksək keyfiyyətli materiallardan hazırlanan smartfon sizə uzun illər ərzində etibarlı şəkildə xidmət edəcək. Cihazda saxlanılan məlumatların təhlükəsizliyinə dəqiq işləyən FaceID funksiyası cavabdehdir.

Kamera Sistemi

Smartfonun arxa panelində 2 güclü kamera modulları yerləşdirilib. Lidar skanerinin köməkliyi ilə kameralar günün istənilən vaxtı keyfiyyətli şəkillər çəkə bilir. “Gecə” rejiminin keyfiyyəti artırılıb və bu rejimi smartfonun bütün kameraları dəstəkləyir. Axşam gəzintisi zamanı gözəl şəklin alınması çox vaxt almayacaq. Lidar sensoru vasitəsilə kamera avtofokusu 6 dəfə daha sürətli yerinə yetirir.

Arxa paneldə 12 mpx geniş və ultra geniş bucaqlı kameralar yerləşir. Geniş bucaqlı modul 27% daha çox işıq tuta bilir. Zəif işıq şəraitində isə ultra geniş bucaqlı kameranın imkanları sizi heyran edəcək. Daha öncə qaranlıq alınan kadrlar aydınlığı və detallığı ilə seçilir. Ön paneldə yerləşdirilən TrueDepth kamerası ilə gecələri “Portret” rejimindən istifadə edə biləcəksiniz.

iPhone 12 Dolby Vision HDR standartında videolar yarada bilir. SDR kontentlə müqayisədə bu format rəngləri 8.5 dəfə daha həcmli təsvir edir. Nəticədə, Apple smartfonuna çəkilən videolarınız daha real və təbii alınacaq.

Məhsuldarlıq və Avtonomluq

Apple A14 çipini qarşılayın! iPhone-larda istifadə edilən daha öncəki prosessorlarla müqayisədə bu çip daha sürətli və güclüdür. Nəticədə, kamera blokunun imkanları artırılıb. Qrafikanın tez emal edilməsi sayəsində müasir mobil oyunları uzun müddət ərzində oynayanda görüntünün keyfiyyəti və detallığı itmir. Enerjinin effektiv istifadə edilməsi sayəsində 2815 mAh həcmli batareyanın tutumu günün sonunda tükənməyəcək. Operativ yaddaş 4 GB təşkil edir. Daxili yaddaş 256 GB-dır. Smartfon iOS 14.1 üzərində işləyir. İnterfeysə vicetlər əlavə edilib – lazım olan məlumat daim əlinizin altındadır.

Öz rəyini bizimlə paylaş.
1
2
3
4
5
Göndər

iPhone 12 256 GB Red

svg-icon-star-filled-2
0.0
Hələ heç bir istifadəçi rəy yazmayıb
svg-icon-chat
Rəylər 0
svg-icon-info-color Mövcud deyil
SKU: TM-DG-SBP-1105-SM-0271
Mövcud olanda bildirək
i
Məhsul əlçatan olan kimi sizə e-poçt vasitəsilə məlumat verəcəyik.
2.259,99 ₼
Hissəli alış kalkulyatoru
Şərtlər ilk dəfə olaraq endirimli qiymətə tətbiq olunur
6 ay
9 ay
12 ay
15 ay
18 ay
Aylıq ------
svg-icon-info-circle-3 Sifarişin rəsmiləşdirilməsi zamanı komissiya əlavə oluna bilər
Taksitlə al

Birgə satılanlar

svg-icon-carret-left-square
svg-icon-arrow-right-white-square

Xidməti seç

svg-icon-carret-left-square
svg-icon-arrow-right-white-square
Quraşdırma paketi M
Quraşdırma paketi M
Quraşdırma paketi M
29,99 ₼
Quraşdırma paketi L
Quraşdırma paketi L
Quraşdırma paketi L
59,99 ₼
Quraşdırma paketi XL
Quraşdırma paketi XL
89,99 ₼
Quraşdırma paketi XXL
Quraşdırma paketi XXL
119,99 ₼
Quraşdırma paketi XXXL
Quraşdırma paketi XXXL
149,99 ₼
Цвет
Ucuzdan bahaya Bahadan ucuza
Память
От дешевых к дорогим От дорогих к дешевым
iPhone 12

Birincisi, bu, sürətlidir.
A14 Bionic
, ən sürətli iPhone prosessoru.

Bütövlüklə OLED displey.

Super Retina XDR

iPhone 12 Pro smartfonu ilə eyni displey

Naqilsiz bağlantı

Gəlin sürətlənək

Sərhədsiz imkanlar

iPhone 12 ilə

Yeni nəsil

Yeni imkanlar

MagSafe aksesuarları

Dərhal maqnitləşən və daha sürətli simsiz şarj etməyə imkan verən yeni MagSafe aksesuarları.

We found other products you might like!