*6060
Aylıq Ödəniş
--
svg-icon-cart
Kataloq

Xiaomi televizorlar

Xiaomi televizorlar: Fərqli görüntü və performans

Sevdiyin filmləri kiçik ekranlarda, sönük rənglərlə izləməkdən bezmisən? Böyük ekran, canlı rənglər və sürətli interfeys axtarırdınsa o zaman Xiaomi smart tv sənin üçündür.

Hər dəfə bilet alıb kinoteatra getməyə nə ehtiyac var? Xiaomi möhtəşəm kino atmosferini birbaşa evinə gətirir. Sevdiyin serialları və filmləri izləyərkən hər kadrda yeni bir detal kəşf edəcəksən.

Niyə məhz Xiaomi televizorlarını seçməlisən?

Televizor Xiaomi brendini digərlərindən fərqləndirən əsas cəhət qiymət və keyfiyyət balansıdır. Sən eyni funksiyalar üçün daha çox pul ödəmək əvəzinə, Xiaomi ilə həm müasir dizayn həm də zəngin funksionallıq əldə edirsən.

Xiaomi smart tv modellərinin üstünlükləri:

    • İncə çərçivə: Ekran daha geniş görünür və interyerə estetiklik qatır.

    • Android TV bazası: Minlərlə tətbiq (YouTube, Netflix və s.) bir toxunuşla əlinin altındadır.

    • Sürətli interfeys: Güclü prosessor sayəsində donma olmadan keçidlər.

Ekran texnologiyaları: LED, QLED və OLED

Seçim edərkən qarşına müxtəlif ekran növləri çıxacaq. Gəl, bunlara qısaca baxaq ki, sənin üçün hansı daha yaxşıdır, özün qərar verəsən.

    • LED və QLED ekranlar: Əksər Tv modelləri LED panellərlə təchiz olunub. Əgər rənglərin daha dərin və canlı olmasını istəyirsənsə QLED texnologiyalı modellərə baxa bilərsən. 

    • OLED və 8K: Ən mükəmməl qara rəng və sonsuz kontrast axtarırsansa, OLED panellər ön plana çıxır. 

Populyar Xiaomi modelləri və texniki parametrlər

    • Xiaomi TV A Seriyası: Bu model yataq otağı və ya mətbəx üçün mükəmməldir. Kompakt ölçülərinə baxmayaraq, smart özəlliklərindən geri qalmır. Android əməliyyat sistemi, Wi-Fi və Bluetooth dəstəyi, rahat remote (uzaqdan idarəetmə) pultu ilə səsli komandalar mövcuddur.

    • Xiaomi TV A Pro Seriyası: Evdə kinoteatr atmosferi yaratmaq istəyirsənsə seçimini bu modeldən yana et. 4K təsvir ölçüsü və hdr dəstəyi sayəsində hər bir detalı ən xırda nöqtəsinə qədər görə bilərsən. MiTV təcrübəsini burada tam hiss edəcəksən.

    • Xiaomi TV S Pro və Max Seriyası: Əgər böyük ekran həvəskarısansa, 75″ və ya 85″ düymlük nəhəng Xiaomi tv modelləri səni valeh edəcək. Bu modellər yüksək yenilənmə tezliyi (Hz) ilə oyunlar üçün əvəzolunmazdır.

Bağlantı imkanları: WiFi, Bluetooth və Remote

Müasir bir televizor təkcə kanallara baxmaq üçün deyil. Xiaomi cihazlarında:

    • Wi-Fi vasitəsilə internetə rahat qoşula bilərsən.

    • Bluetooth köməyi ilə qulaqlıqlarını və ya səs sistemini naqilsiz qoşmaq olur.

    • Ağıllı remote pult sayəsində televizoru hətta görmə zonasında olmasa belə idarə etmək mümkündür.

Xiaomi televizor alarkən nələrə diqqət etməli?

Düzgün qərar vermək üçün bunları nəzərə al:

    • Otağın ölçüsü: Çox kiçik otağa 85″ düym böyük ola bilər, məsafəni gözləmək önəmlidir.

    • İstifadə məqsədi: Sadəcə xəbərlər üçün LED kifayətdir, film həvəskarıysansa 4K və hdr şərtdir.

    • Qiyməti: Büdcəni öncədən müəyyən et. Xiaomi-nin hər qiymət seqmentində modeli var.

Kontakt.az saytına daxil olaraq Xiaomi televizor modelləri ilə tanış ola bilərsən. Bir kliklə istədiyin modeli seçirsən, Bakı və Azərbaycanın digər regionlarına çatdırılma xidməti sayəsində televizor birbaşa qapına qədər gəlir. 

Nəticə

Xiaomi televizorlar müasir texnologiyanı hamı üçün əlçatan edir. Sənin üçün ən uyğun modeli seçmək və rəsmi zəmanətlə əldə etmək üçün kontakt.az saytına daxil olmaq yetərlidir. Həm keyfiyyət, həm də münasib qiyməti bir arada axtarırsansa, Xiaomi doğru seçim olacaq.