Xiaomi Mi 11 Lite 5G NE modeli 4250 mAh batareyaya sahibdir. Smartfon Snowflake White rəngində təqdim edilib. AMOLED displey görüntünü parlaq ötürür.
Yeni smartfon əldə etmək planlaşdırırsınız? Xiaomi Mi 11 Lite 5G NE modelinə nəzər yetirməyi məsləhət edirik. Dəbli görünüşə sahib telefon sürətli Qualcomm prosessor üzərində işləyir.
Görünüş
Snowflake White rəngində təqdim edilən Mi 11 Lite 5G NE möhkəm plastik korpusa malikdir. Cihaz cəmi 6.8 mm qalınlığındadır. Onu bir əllə tutub idarə edəcəksiniz. Arxa paneldə müasir kamera bloku yerləşir. Yan tərəfdə səs və üzərinə barmaq izi sensoru quraşdırılan güc düymələri mövcuddur. Əlavə olaraq üz tanıma funksiyası ilə cihazı blokdan çıxarmaq olar. Alt hissədə dinamik, əsas mikrofon, USB Type-C, 2 nanoSIM üçün girişlər var. İkinci nanoSIM yerinə microSD kart yerləşdirmək olar. Üst hissədə danışıq üçün mikrofon və infraqırmızı port mövcuddur.
Xiaomi Mi 11 Lite 5G NE smartfonu 6.55" düymlü ekranla təchiz edilib. AMOLED displey rəngləri parlaq və düzgün ötürür. Ekran tezliyi 90 Hz təşkil edir. Nəticədə, xəbər lentini tez sürüşdürdüyünüz zaman görüntü donmayacaq. Displeyin aydınlığı kontentin istənilən şəraitdə rahat oxunmasını təmin edir.
Prosessor və Batareya
Snapdragon 778G prosessor və 8 GB operativ yaddaş tətbiqlərin sürətli yüklənilməsini təmin edir. Snapdragon kameraların keyfiyyətini artırıb, enerjinin səmərəli sərf edilməsini təmin edir. Smartfondan aktiv istifadə etdiyiniz zaman cihazın gövdəsi isinmir. Məhsuldarlığı sayəsində Xiaomi Mi 11 Lite 5G NE modelində müasir oyunları belə işə salmaq mümkündür.
4250 mAh həcmli batareya ilə günün sonunda enerjisi tükənmiş smartfonla qalmayacaqsınız. Smartfonu zənglər, xəbərləri oxumaq, video izləmək və yaxınlarınızla ünsiyyətdə qalmaq üçün istifadə edirsinizsə onun enerjisi 2 günə qədər kifayət edir.
Kamera bloku
Smartfonun arxa panelində yerləşən kamera bloku ilə ideal kadrların yaradılması üçün hazır olacaqsınız. 64 meqapikselli əsas kamera gün işığı altında aydın şəkillər çəkə bilir. Daha parlaq fotolar üçün süni intellektdən istifadə etməyi unutmayın. Zəif işıq şəraitində belə Xiaomi Mi 11 Lite 5G NE detallı kadrlar tuta bilir. Bunun üçün "Gecə" rejimi əlavə edilib. Bundan başqa kamera blokuna 8 meqapikselli geniş bucaqlı və 5 meqapikselli makro kameralar yerləşdirilib. Ön paneldə olan kamera "Portret" rejimini dəstəkləyir. Bu rejim vasitəsilə peşəkarcasına emal edilmiş selfilər əldə edəcəksiniz.
Xiaomi Mi 11 Lite 5G NE 8/128 GB Snowflake White
-
Quraşdırma paketi M29,99 ₼ -
Quraşdırma paketi L59,99 ₼ -
Quraşdırma paketi XL89,99 ₼ -
Quraşdırma paketi XXL119,99 ₼ -
Quraşdırma paketi XXXL149,99 ₼





























