Müasir zamanda torbalı tozsoranlara tələbat yüksək olmağa davam edir. Bunun bir neçə səbəbi var. Birinci növbədə bu modellərdə hava axını birbaşa torbadan keçir. Nəticədə, torbalı tozsoranın sovurma gücü daha yüksəkdir. Digər müsbət cəhəti isə sadə quruluşu və cihazın sakit işləməsini aid etmək olar. Evinizin mükəmməl təmizlənməsindən əmin olmaq istəyirsinizsə sizə Philips FC9174/02 torbalı tozsoran modelinə nəzər yetirməyi məsləhət edirik.
Korpus plastikdən hazırlanıb və yüngül zərbələrə davamlıdır. İdarə edilməsi isə çox sadədir. Üst hissədə güc düyməsi, sovurma gücünü tənzimləyən və nagilli korpusa yığan düymələr mövcuddur. Rahatlığınızı təmin etmək üçün idarəetmə panelində əlavə olaraq toz torbasının dolu göstəricisi yerləşdirilib.
Güclü mühərrik cihazı 500 Vt sovurma gücü ilə təmin edir. Bu səbəbdən Philips tozsoranı tozu və hətta mikroqırıntıları asanlıqla tuta bilir. TriActive başlığı eyni anda 3 hərəkəti yerinə yetirir. Başlığın altında mövcud xüsusi örtük xalçalarınızı tozdan təmizləyir. Ön tərəfdə olan dəlikdən iri tullantılar sovrulur. Yan hissələrdə quraşdırılan fırçalar döşəmənin üzərindən xırda qırıntıları yığır. Əlavə fırça TriActive başlığının ön tərəfində yerləşir. Bu fırça vasitəsilə döşəmə və xalça üzərində olan bütün tükləri toplanılır.
Cihaz HEPA filtrı ilə təchiz edilib. Təmizlik zamanı filtrasiya sistemi 99.9% toz və allergenləri saxlayır. Naqilin uzunluğu 9 metrdir. Bu da təmizlik zamanı otaqda rahat hərəkət edə bilməyiniz üçün imkan yaradır. Toz torbasının 4 litr həcmi isə bir neçə təmizlik prosesi üçün kifayət edəcək.