Sağlamlığınız üçün arterial təzyiqi mütəmadi olaraq ölçməlisinizsə keyfiyyətli tonometrdən istifadə etməlisiniz. Çünki əldə edilən nəticə normadan fərqlidirsə həkimə müraciət edilməli və bəzi hallarda müalicə alınmalıdır. Bu səbəbdən təzyiqin dəqiq ölçülməsi vacib amildir. Sağlamlığınızı BEURER BM58 tonometrinə etibar edin. Düzgün işləməsi və yüksək keyfiyyəti sayəsində bu model geniş alıçı kütləsinə sahibdir.
Korpus möhkəm plastikdən hazırlanıb və iri displeydən ibarətdir. İdarəetmə tamamilə sensorlu ekran vasitəsilə yerinə yetirilir. İşıqlandırma sayəsində qurğudan zəif işıq şəraitində və gecə zamanı asanlıqla istifadə edə bilərsiniz. Cihazda USB üçün giriş mövcuddur. Onun vasitəsilə tonometri kompüterə birləşdirib bütün məlumatları ötürə və Beurer HealthManager tətbiqində emal edə bilərsiniz.
Tonometr son 7 gün ərzində səhər və axşam ölçmə nəticələrinin orta dəyərini yaddaşda saxlayır. Beləliklə, həftə ərzində qan təzyiqinizin dəyişməsini izləmək olur. Tonometr aritmiyanı aşkarlaya bilir. Bu zaman ekranda xüsusi bildiriş əks ediləcək. Əlavə olaraq ekranda tarix və saat təsvir edilir. Digər faydalı xüsusiyyətlərə yanlış istifadə barədə xəbərdarlıq və aşağı batareya səviyyəsinin bildirişlərini aid etmək olar. Komplektasiyaya saxlama çantası daxildir.
Evinizdən çıxmadan daha ətraflı məlumat əldə etmək üçün “Canlı video məsləhətçi” düyməsinə basmağınız kifayətdir. Əməkdaşımız video zəng vasitəsilə sizə tonometri nümayiş edib suallarınızı cavablayacaq. Bu qədər asan.