Televizorlar da digər məişət texnikası cihazları kimi hər il daha da təkmilləşir və yeni, innovativ funksiyaları ilə qarşımıza çıxır. Müxtəlif markalar, istehsal etdiyi məhsullarla alıcıları təəccübləndirməyə davam edirlər. Televizorlar və onların müasir funksiyaları gündəlik həyatımızı daha da asanlaşdırır. Android TV, Smart TV kimi funksiyalar artıq gündəlik həyatımızın bir parçasına çevriliblər. Smart TV özəlliyinə sahib modellər vasitəsilə internetə qoşulmaq, müxtəlif tətbiqlərdən istifadə etmək və oyunlar oynamaq mümkündür. Android televizorlar bir çox telefonların əməliyyat sistemi olan Android platforması ilə işləyən cihazlara verilən addır. Bu funksiyaya malik modellərdə Google Play ilə istədiyiniz hər növ tətbiqləri və oyunları istifadə edə bilərsiniz.
Televizorlar arasından seçim edərkən nələrə diqqət edilməlidir?
Televizorlar və onların modelləri kifayət qədər müxtəlifidir. Seçim edərkən alacağınız cihazın hansı texniki göstəricilərə və qiymətə malik olması ilə yanaşı, fiziki parametrləri ilə də maraqlanmalısınız. Xüsusilə, ekran ölçüləri diqqət edilməli məsələlərdən biridir. Hər ekran ölçüsünün ideal izləmə məsafəsi mövcuddur. Məsələn, 55 diaqonal ekrana malik televizorlar , minimum 2 metr məsafədən izlənməlidir. Məsləhət görüləndən daha yaxın və ya daha uzaq məsafədə, görüntü keyfiyyətindən narazı qala bilərsiniz. Bu tip problemlərlə qarşılaşmamaq üçün, öncədən otağınızın ölçülərini və alacağınız televizorlar üçün yer müəyyən etməlisiniz. Televizorlar sərfəli ödəniş şərtləri ilə Kontakt mağazalarında!
Televizorlar satışda.
Televizorlar kateqoriyamızda Samsung, LG, Panasonic, Sony kimi bir çox qabaqcıl dünya markalarının istehsalı olan ən son modelləri tapa bilərsiniz. Saytda olan filterlərin köməkliyi ilə sizin istədiyiniz qiymət aralığında, tələblərinizə cavab verən televizor modellərini nəzərdən keçirə və seçim edə bilərsiniz. Arzuladığınız televizorlar həm nağd, həm də ilkin ödənişsiz şərtlərlə sizin ola bilər. Bunun üçün sadəcə Kontakt mağazalarına yaxınlaşmağınız kifayətdir. Son illərdə istehsal olunan televizor modellərində, funksionallıqdan əlavə dizayna da olduqca diqqət yetirilir və bu da cihazları bir-birindən fərqləndirən xüsusiyyətlər arasındadır. Belə ki, müştərilərin əksəriyyəti incə çərçivələrə malik və daha sadə televizorlar arasında seçim etməyə üstünlük verirlər.
Mənbə göstərilməklə və kontakt.az saytına keçid verilməklə materialların təkrar dərcinə və istinadına icazə verilir.
İstisnalar: loqotiplər, ticarət nişanları, istehsalçıların fotoları və hüquqları üçüncü şəxslərə məxsus olan materiallar — hüquq sahibinin icazəsi ilə istifadə olunur və CC ilə lisenziyalaşdırılmır.
Şəxsi hesab
Şəxsi hesabın üstünlüklərindən yararlanmaq üçün daxil olmaq və ya qeydiyyatdan keçməyi tövsiyə edirik.