*6060
Aylıq Ödəniş
--
svg-icon-cart
Kataloq

Smart saatlar Samsung

Samsung smart saatlar: Həyat ritmini idarə et

Həyatını daha nizamlı və sağlam etmək istəyirsənsə, biləyində daşıyacağın kiçik bir cihaza ehtiyacın var. Samsung smart saatlar sadəcə vaxtı göstərən bir aksesuar deyil, həm də sağlam həyat tərzini izləməkdə kömək edən bir texnologiyadır. Saat sağlamlığına nəzarət edir, idman edərkən hər bir nailiyyətini qeyd edir və vacib heç bir bildirişi qaçırmamağın üçün sənə dəstək olur.

Niyə məhz Samsung ağıllı saat seçməlisən?

Seçim çoxdur, amma smart saat Samsung sənə həm zərif dizayn həm də Androidin gücünü təklif edir. Samsung Galaxy Watch seriyasının sənə qazandırdığı əsas üstünlüklər:

    • Mükəmməl ekran: Super AMOLED texnologiyası sayəsində ekran hətta günəş altında belə aydın görüntü təqdim edir.

    • Batarya və şarj: Optimallaşdırılmış proqram təminatı saatın şarj ömrünü xeyli uzadır. Hətta qısa müddətli şarj ilə saatı saatlarla istifadə etmək mümkündür. 

    • Dözümlülük: Cızıqlara qarşı davamlı sapfir şüşə və güclü korpus.

    • Bağlantı imkanları: Bluetooth köməyi ilə qulaqlıqlarını saata qoşub telefonsuz musiqi dinləyə, gələn zənglərə birbaşa biləyindən cavab verə bilərsən.

Sağlamlığın hər saniyə nəzarət altında

Özünü necə hiss etdiyini bilmək üçün artıq xüsusi cihazlara ehtiyacın yoxdur. Smart saatlar daxilindəki sensor sistemləri ilə zəruri olan ölçüləri rahatlıqla əldə edəcəksən.

Əgər aktiv həyat tərzi sürürsənsə, Samsung ağıllı saat sənin üçün əvəzolunmazdır.

    • Addım və kalori hesabı: Gün ərzində neçə addım atdığını və nə qədər kalori yandırdığını dəqiq izlə.
    • Daxili GPS: Qaçış və ya velosiped sürərkən telefonunu evdə qoyub çıxa bilərsən. GPS sayəsində getdiyin marşrut və sürətin tam dəqiqliyi ilə qeyd olunacaq.
    • Suya davamlılıq: Üzməyi sevirsən? Problem deyil. Saat hovuzda rahatlıqla istifadə üçün nəzərdə tutulub.

Nəbz və qanda oksigen ölçümü: Gün boyu nəbz döyüntülərini izləyər. Həmçinin qandakı oksigen səviyyəsini ölçərək fiziki vəziyyətini analiz edir. Yuxu rejimi və stres analizi: Saatın yuxu analizi funksiyası sənin dərin və yüngül yuxu fazalarını qeyd edir. Analız edərək daha yaxşı dincəlmək üçün tövsiyələr verir. 

Samsung smart saat alarkən nələrə diqqət etməli?

Seçim edərkən bu 3 məqamı mütləq nəzərə al:

    • Bilək ölçüsü: 46mm olan modellər daha çox iri biləklər üçün uyğundur. Əgər biləyin nazikdirsə, daha kiçik variantlara baxa bilərsən.

    • İstifadə məqsədi: Əgər saatı ancaq idman üçün alırsansa, daha yüngül modellərə üstünlük ver. İş həyatı üçün Classic seriyası daha yaxşıdır.

    • Qiyməti: Büdcəni öncədən müəyyən et. Son modeli istəyirsənsə qiyməti biraz daha baha olacaq. Amma büdcənə qənaət etmək istəyirsənsə, əvvəlki cihazlara nəzər yetir. Onlar eyni keyfiyyətli ekranı təqdim edir və funksional cəhətdən səni tam razı salacaq gücdədir.

Ən münasib qiyməti tapmaq və modelləri bir-biri ilə müqayisə etmək üçün kontakt.az saytına daxil olmağın kifayətdir. Bir kliklə istədiyin cihazı Bakı və ya Azərbaycanın digər regionlarına çatdırırıq.

Nəticə

Smart saat Samsung sadəcə texnoloji bir cihaz deyil, həm də həyat keyfiyyətini artıran mükəmməl bir cihazdır. Müasir dizayn, güclü sensor sistemi və hər an gələn bildiriş imkanı ilə bu saatlar həyatının ayrılmaz hissəsinə çevriləcək. Həyatını sürətləndirməyə hazırsan? O zaman kontakt.az saytına daxıl ol və bəyəndiyin cihazı rahatlıqla əldə et.