*6060
Aylıq Ödəniş
--
svg-icon-cart
Kataloq

Smart qolbaqlar Xiaomi

Smart qolbaqlar Xiaomi: Sağlamlıq və texnologiya bir yerdə

Həyatın sürəti bəzən bizə sağlamlığımızı unutdurur. Gündəlik olaraq nəbzini, addımını, yuxunu və bildirişləri izləmək istəyirsən? Xiaomi smart qolbaq bu işdə sənin ən yaxın köməkçin olacaq. Xiaomi fitness qolbaq istifadə edəndə artıq hər detalı izləyə bilirsən: addım sayı, yandırdığın kalori, nəbz ritmi və digər müxtəlif idman rejimləri. 

Niyə məhz Xiaomi fitness qolbaq?

Xiaomi modelləri, xüsusən Xiaomi Smart Band 10 və Band 8 Pro bir çox vacib texniki üstünlüklərlə fərqlənir:

    • AMOLED ekran məlumatları günəş altında belə oxumağı rahat edir. 

    • Uzun batareya ömrü və tək şarjla çox uzun müddət istifadə imkanı verir. 14 günədək davamlı işləmə imkanı təklif edir.

    • Bluetooth: Bluetooth əlaqəsi ilə telefonunla sinxronlaşır və hər zəng, mesaj və bildirişi qolunda göstərir. 

    • Suya davamlı və gündəlik istifadə üçün uyğun.  

    • GPS və əlavə sensorlar: Akselerometr, giroskop, ürək ritmi, qan oksigen səviyyəsi və işıq sensoru ilə daha dəqiq fəaliyyət izləmə imkanı verir. 

Ergonomika və digər üstünüklər

Əgər gün boyu qolundakı cihaz sənə narahatlıq verirsə, demək ki, seçim düzgün deyil. Xiaomi fərqli xüsusiyyətlərə malikdir:

    • Yumşaq silikon qayış: Dəriyə nəfəs almağa imkan verir.

    • Erqonomik forma: Biləyin quruluşuna tam uyğunlaşır.

    • Yüngüllük: Cəmi bir neçə qram çəkisi ilə qolunda olduğunu unudursan.

Sağlamlığın nəzarətdə

Ağıllı qolbaq Xiaomi sənin hər bir hərəkətini izləyir. Bəzi mütləq funksiyalar var ki, onlar sənin üçün çalışır:

    • Nəbz ölçmə: Ürəyinin ritminə daim nəzarət edir.

    • Yuxu analizi: Nə qədər dərin və dincəldici yatdığını sənə deyir.

    • Kalori hesablama: Gün ərzində nə qədər enerji xərclədiyini bilir.

    • Bildiriş sistemi: Vacib zəng və mesajları qaçırmağına imkan vermir.

Əgər idman həyatının bir hissəsidirsə, 100-dən çox məşq rejimi ilə bu qolbaq sənin şəxsi məşqçinə çevriləcək.

Qiyməti və hansı modeli seçməli?

Xiaomi sənə iki fərqli cihaz təklif edir. Seçim edərkən dizayn və ekran ölçüsü əsas rol oynayır.

    • Xiaomi Smart Band 10: Klassik, ultra-incə və ən yeni sensorlarla təchiz olunmuş variant. Biləkdə rahat oturur, idman zamanı varlığını unudursan.

    • Xiaomi Smart Band 8 Pro: Daha böyük ekran, saat görünüşü və yüksək performans. 

Xiaomi həm cibinə, həm də gündəlik rahatlığına eyni anda xidmət edir. Daha çox funksiya, daha böyük ekran və metal korpus - fərqli qiymət deməkdir. Büdcənə uyğun Xiaomi fitness qolbaq keyfiyyətli modeldir. Əsas sənin rahatlığın, cihazın dəqiqliyi və gündəlik həyat tərzinə uyğunluğudur. 

Kontakt.az saytına daxil olaraq hır iki cihazı əldə edə bilərsən. Bir kliklə istədiyin modeli seçirsən, Bakı və Azərbaycanın digər regionlarına çatdırılma xidməti sayəsində qolbağın birbaşa qapına gəlir. 

Nəticə

Smart qolbaqlar Xiaomi sənin üçün daha keyfiyyətli, sağlam və nizamlı həyat tərzi deməkdir. İstər incə dizaynlı Band 10, istərsə də geniş ekranlı 8 Pro olsun - qolbaq sənin gündəlik ritminə və zövqünə uyğun olmalıdır. Xiaomi smart qolbaq modelləri yüngül dizayn, uzun batareya ömrü və çoxlu sensorlar ilə səni daha aktiv və sağlam həyata yaxınlaşdırır.