Samsung Galaxy A12 64 GB 6.5 düymlü ekrana sahibdir. Toxunuşlara həssas sensor rahat istifadəni təmin edir. Keyfiyyətli şəkillərin yaradılması üçün 48 meqapikselli kamera var.
Gün ərzində telefondan çox istifadə edirsinizsə məhsuldarlığı və həcmli batareyası ilə seçilən Samsung Galaxy A12 xəyallarınızdakı smartfon ola bilər. Büdcəli modellər kateqoriyasına aid olmasına baxmayaraq təqdim edilən modelin imkanları sizi təəccübləndirəcək.
Görünüş və Ekran
Qara rəng pərəstişkarları üçün nəzərdə tutulan Galaxy A12 arxa panelin plastik korpusu sayəsində əldə rahat yerləşir. Optimal ölçülərə sahib cihazı bir əllə rahat idarə edə biləcəksiniz. Danışıq zamanı səsin təmiz ötürülməsini təmin etmək üçün gövdənin alt və üst hissələrində 2 ədəd mikrofon yerləşdirilib. İri ekran möhkəm şüşədən hazırlanıb. Rənglərin dəqiq ötürülməsi və yüksək ekran tezliyi sayəsində ağır qrafikaya sahib oyunlar belə işə salınır.
Kameralar
Özünüzün və sevdiklərinizin şəkillərini 48 meqapikselli kameranın köməkliyi ilə yaddaşda saxlayın. Vacib günlərinizi gözəl xatirəyə çevirə bilməyiniz üçün smartfon FHD keyfiyyətində video yarada bilir. Kollektiv şəkillərin çəkilməsində 5 meqapikselli ultra geniş bucaqlı kamera sizin köməkçinizə çevriləcək. Yaxın və detallı kadrlar üçün 2 meqapikselli makro kamera və ya dərinlik sensorundan istifadə edin. Bir barmaq toxunuşu ilə peşəkar selfilər yarada bilən 8 meqapikselli kamera ön paneldə yerləşir.
Batareya və Prosessor
Smartfon vasitəsilə gün ərzində çox iş yerinə yetirsəniz belə əlaqəsiz qalmayacaqsınız. 5000 mAh həcmli batareya oyun oynamaq, fayl paylaşmaq, müxtəlif tapşırıqları yerinə yetirmək və digər işlərinizi görməyə imkan verir – smartfonun enerjisi iki gün istifadə etmək üçün yetərlidir. Ən əsası, smartfon sürətli enerji yığmanı dəstəkləyir. Dinamik həyat tərzini sevənlər smartfonun bu xüsusiyyətini çox bəyənəcək. Çünki 15 Vt adapter vasitəsilə qısa müddət ərzində sərf edilən enerjini 100% qədər bərpa edib istifadəyə davam etmək olar.
MediaTek prosessorları dünyada öz məhsuldarlıqları və sürəti ilə seçilir. Məhz bu səbəbdən Samsung brendi 2021-ci ildə ən çox əldə edilən modelinə bu prosessoru quraşdırıb. 4 GB operativ yaddaşla yanaşı prosessor istənilən tətbiqlərin rahat və sürətli işləməsini təmin edir.