Samsung Galaxy A03s (SM-A037) smartfonu məhsuldarlığı və əlverişli qiyməti ilə sizi sevindirəcək. Büdcəli smartfonlar kateqoriyasına aid olmasına baxmayaraq cihaz iş tapşırıqlarınızın yerinə yetirilməsi, mail və mesajların göndərilməsi, zənglər və hətta oyunlar üçün rahat istifadə edilə bilər.
Smartfon qara rəngdə təqdim edilib, korpusu keyfiyyətli plastikdən hazırlanıb. Telefonun kamera bloku arxa korpusunda yerləşir və 3 kamera, 1 fləşdən ibarətdir. Ön kamera displeydə yerləşdirilib. Ekranda kamera üçün V-şəkilli kəsik var. Smartfonda 2 nanoSIM və 1 microSD kart üçün girişlər var. Beləliklə, cihazın 32 GB daxili yaddaşı ehtiyaclarınız üçün kifayət etməsə, microSD kart vasitəsilə vacib məlumatın saxlanılması üçün əlavə yer əldə edəcəksiniz. Smartfon barmaq izi skaner ilə təchiz edilib. Skaner korpusun yan hissəsində güc düyməsinin üzərinə quraşdırılıb. Beləliklə, telefonu tez və etibarlı blokdan çıxarda bilərsiniz.
Telefon 6.5" düymlü PLS TFT LCD ekraha sahibdir. Ekran həlli 720 x 1600. İri displey istədiyiniz videoların rahat izlənilməsi üçün imkan yaradır. Mediatek MT6765 Helio P35 (12nm) prosessor və 3GB operativ yaddaş cihazdan sürətli istifadəni təmin edir. Nəticədə, bütün iş tapşırıqlarınızı yerinə yeritib dostlarınızla danışa, musiqi dinləyə, oyun oynaya bilərsiniz. Batareyanın 5000 mAh tutumunu smartfondan hər gün intensiv istifadə edənlər çox bəyənəcək.
Şəkillərin yaradılması üçün arxa paneldə dörd kamera mövcuddur: 13 mpx + 2 mpx + 2mpx. Ön paneldə 5 mpx kamera yerləşdirilib. Həyatın ən gözəl məqamlarını Galaxy A03 ilə yaddaşda saxlayın. Smartfonun imkanları ilə daha yaxından tanış olmaq istəyirsinizsə Kontakt Home mağazalarına tələsin. Məsləhətçilərimiz sizə xidmət etməkdən məmnun olacaq.
Samsung Galaxy A03S (SM-A037) 32 GB Black
-
Quraşdırma paketi M29,99 ₼ -
Quraşdırma paketi L59,99 ₼ -
Quraşdırma paketi XL89,99 ₼ -
Quraşdırma paketi XXL119,99 ₼ -
Quraşdırma paketi XXXL149,99 ₼


























