Braun 300S modeli ev şəraitində effektiv təraş üçün yaradılıb. Hərəkət edən başlıq 3 elementdən ibarətdir: 2 ədəd SensoFoil toru və uzun tüklər üçün trimmer.
Üzünüzdə arzuolunmaz tükləri qayğılı şəkildə aradan qaldırmaq istəyirsinizsə sizə Braun 300S modelini təqdim edirik. Paslanmayan poladdan hazırlanan ülgüclər tükləri bir dəfəyə və dartmadan kəsə bilir. İstifadədən sonra dəridə qıcıqlanma və ya qızarıqlıqlar yaranmır. Həssas dəriyə sahib insanlar üçün Braun üzqırxan maşını ideal həll yolu olacaqdır.
Əldə rahat yerləşən qara korpus mexaniki zədələrə davamlıdır. Güclü batareyaya sahib Braun Series 3 ProSkin 30 dəqiqə ərzində fasiləsiz işləyə bilir. Enerjinin azalması barəsində hər zaman xəbərdar olacaqsınız. Qurğunun korpusunda bunun üçün işıqdiodlu indikator yerləşdirilib. Tamamilə sərf edilən enerji 1 saat ərzində bərpa edilir. Təraş zamanı cihazın enerjisi bitərsə onu naqil vasitəsilə elektrik yuvaya birləşdirə və istifadəyə davam edə bilərsiniz. Üzqırxanı naqilsiz istifadə etmək istəyirsinizsə onu 5 dəqiqə ərzində şarj edin. Bu müddət ərzində Braun 300S modeli 1 təraş üçün kifayət qədər enerji toplayacaq.
Cihazın başlığı 3 elementdən ibarətdir: 2 ədəd SensoFoil toru və uzun tüklər üçün trimmer. Hərəkət edərək başlıq üzünüzün relyefini təkrarlayır. Beləliklə, ülgüclər çənənin altında yerləşən tükləri rahat kəsə bilir. Braun 300S modeli ev şəraitində effektiv təraş üçün yaradılıb.
Korpus tamamilə suya davamlıdır. Üzünüzə qulluq prosedurlarını yerinə yetirəndən sonra başlığı suda yaxalamaq kifayət edir. Cihazın paramertlərini və qiymətini digər modellərlə müqayisə edə biləcəksiniz. Saytımızda istənilən tələblərə cavab verən üzqırxan maşınlar mövcuddur.