Yeni çaynik almaq istəyirsiniz? 1.7 litr həcmə sahib Kenwood SJM490 elektrik çaydan ideal seçimdir. Çaydanın gücü 2200 Vt-dır. Cəmi bir neçə dəqiqə ərzində suyu qaynadır.
LAKONİK ÜSLÜB
Alt hissədə yerləşən loqotipdən başqa üzərində heç bir artıq detal olmayan metal korpus. Güc düyməsi ilə təchiz edilmiş qara qulpun altında ölçü şkalası yerləşir. Çaydan standart fırlanan altlıq üzərində durur. Kenwood SJM 490 Scene çaydanı sadə görünüşə malik olsa belə mətbəxinizin üslubundan asılı olmayaraq interyerə tam uyğunlaşacaq. Toster və ya qəhvəbişirən maşının yanında yerləşdirilən çaydan onları həm görünüşünü, həm də funksionallığını mükəmməl tamamlayacaq.
GÜC VƏ TUTUMLULUQ
Texniki göstəricilər bu növ məişət texnikası üçün nəzərdə tutulmuş standartlar daxilindədir: 1.7 l həcm (boş çaydanın çəkisi 1 kq-dan bir az çoxdur) və 2200 Vt isinmə gücü. Qızdırıcı element yüksək effektivliyi və etibarlılığı ilə seçilir. O, çaydanın dibində yerləşən nazik diskdən ibarətdir və, spiral tipli qızdırıcı elementə malik çaydanlardan fərqli olaraq, az miqdarda suyun asan qaynadılmasını təmin edir (çaydanı spiral tam su ilə örtülənə qədər doldurmaq lazım olmayacaq). Eyni zamanda bu növ qızdırıcı elementlər ərpə qarşı effektiv müqavimət göstərir və spiraldan daha rahat təmizlənir.
TƏHLÜKƏSİZLİK
Fincana ərp hissəciklərinin düşməsinin qarşısını alan çıxarılan filtrla yanaşı çaydan 3 ədəd qorunma mərhələlərinə malikdir. Su qaynamağa başlayan anda və çaydanı altlıqdan götürdüyünüz zaman cihaz avtomatik söndürülür. Su olmadan bloka salınma funksiyası işə salınır. Beləliklə, qurğunu təsadüfən nəzarətsiz qoysanız belə, o tamamilə təhlükəsizdir.