*6060
Aylıq Ödəniş
--
svg-icon-cart
Kataloq

Qoşa seç, 100 000 AZN-dək apar!

İndi oyunun mərkəzində şeş yox, sənin seçimin var!

Minimum 99.99 AZN dəyərində nağd və ya hissəli alış et, oyunda iştirak haqqı qazan (taksitlə alışlara aid deyil):

  •  1-ci atışda 2 zərlə öz seçdiyin qoşanı atırsan, aldığın məhsulun 10%-ni geri alırsan və oyuna davam edirsən. (Növbəti atış uğursuz olsa belə, bu məbləğ səndə qalır.)
  •  2-ci atışda yenə eyni qoşanı atırsan, aldığın məhsulun 100%-ni geri alırsan və finala keçirsən. (Növbəti atış uğursuz olsa belə, bu məbləğ səndə qalır.)
  • Final atışında isə seçdiyin qoşanı atsan, 100 000 AZN qazanırsan! 

    Bir neçə qalib olarsa, 100 000 AZN məbləği qaliblər arasında bərabər bölünür.

Qoşa seç, 100 000 AZN-dək apar! Prosedur necədir?

İndi öz seçdiyin qoşanı ataraq bizdən aldığın məhsulun dəyərini 100%-dək geri al*, finalda isə 100 000-dək AZN qazanmaq şansı əldə et.

*geri al – kampaniya üçün müəyyən edilmiş müddət ərzində alınan məhsul məbləğinin 10% və 100% hissəsi Kontakt-dan növbəti alışda istifadə üçün kəşbek kimi qaytarılır.

Prosedur çox sadədir:

  • Kampaniyada iştirak etmək üçün minimum 99.99 AZN dəyərində nağd və ya hissəli alış-veriş edilməlidir (taksitlə alışlara aid deyil) 99.99 AZN-dən aşağı alışlarda kampaniyada iştirak və zər atmaq mümkün deyil.
  • Müştərinin ümumilikdə 3 dəfə zər atmaq haqqı olur və bütün mərhələlər 2 zərlə keçirilir.
  • Müştəri oyuna başlamazdan əvvəl hansı qoşanı atacağını öncədən bildirir (məsələn: 2-2, 4-4 və s.).

Atış mərhələləri:

  • 1-ci atışda seçilən qoşa gələrsə, müştəri aldığı məhsulun 10%-ni geri alır və oyuna davam edir. Bu mərhələdən sonra uğursuz atış olsa belə, qazanılan məbləğ qüvvədə qalır.
  • 2-ci atışda eyni qoşa yenidən gələrsə, müştəri aldığı məhsulun 100%-ni geri alır və final mərhələsinə keçir. Bu mərhələdən sonra uğursuz atış olsa belə, qazanılan məbləğ qüvvədə qalır.
    Qeyd: 1-ci atışda seçilən qoşa 2-ci atışda dəyişdirilə bilməz.
  • Final mərhələsində müştəri 3-cü dəfə zər atır. Bu mərhələdə seçdiyi qoşanı atarsa, 100 000 AZN qazanır. Bir neçə qalib olduğu halda 100 000 AZN məbləği qaliblər arasında bərabər bölünür.
    Qeyd: Final mərhələsində fərqli qoşa seçmək mümkündür.

Nəzərində olsun:

  • Kampaniyanın şəffaflığını təmin etmək üçün həm mağazada, həm də final tədbirində zər atma prosesi kameralar vasitəsilə qeydə alınır. Finala vəsiqə qazanan müştəri ya zər atma görüntülərinin “Kontakt”ın sosial media hesablarında və reklam materiallarında istifadəsinə razılıq verməli, ya da zər atma hüququnu etibarnamə əsasında zər atma görüntülərinin “Kontakt”ın sosial media hesablarında və reklam materiallarında istifadəsinə razılıq verən şəxsə ötürməlidir. Bu şərtlərdən hər hansı biri təmin edilmədiyi halda, müştəri final mərhələsində iştirak hüququnu itirir.
  • Zərlər xüsusi stend üzərində, stəkan vasitəsilə və promouterin yönləndirməsi ilə atılır;
  • Hər mərhələdə yalnız bir cəhd mümkündür;
  • Kənardan gətirilmiş zər və stəkanla iştirak etmək olmaz;
  • Kampaniya həm mağazadan edilən alışlarda, həm də kontakt.az saytından “Mağazadan təhvil al” xidməti ilə edilən onlayn sifarişlərə keçərlidir.  
  • Qızıl zəmanət, quraşdırma, ekspress çatdırılma, Kontakt Plus və digər əlavə xidmətlər kampaniyaya daxil deyil;
  • Kampaniyada iştirak etmiş məhsulun qaytarılması qanunvericiliyə zidd olmamaqla yalnız istehsal qüsuru olduğu halda mümkündür;
  • Kampaniyada iştirak etmiş məhsul qanunvericiliyə zidd olmamaqla daha aşağı qiymətli məhsulla dəyişdirilə bilməz;
  • Kampaniyada iştirak edən məhsul geri qaytarıldığı halda növbəti alış üçün verilən 10% və 100%-lik endirim məbləği sıfırlanır;
  • Kampaniya müddətində qaydalara müştəriyönümlü dəyişikliklər edilə bilər;
  • 100 000 AZN uduş üçün atış xüsusi final tədbirində baş tutacaq. Finala haqq qazanmış müştərilərə tədbirin nə zaman və harada olacağı ilə bağlı öncədən məlumat veriləcək.
  • Final mərhələsində qazanılan pul mükafatından qanunvericiliyə uyğun olaraq vergi (və olduğu halda digər məcburi tutulmalar) çıxılır və qalan məbləğ qalibə bank vasitəsilə köçürmə yolu ilə təqdim olunur.
  • Son iştirak tarixi 25.05.2026