Temperatur səviyyəsini StepPower texnologiyası ilə təyin edin və ideal dəqiqliyi qiymətləndirirn. Açar 1-9 arası hərəkət edə bilər, alovun səviyyəsinə vizual olaraq nəzarət etmək lazım olmayacaq.
DƏQİQ QIZMA ÜÇÜN STEPPOWER
StepPower ilə səthin dəqiq idarə edilməsini hiss edin və davamlı olaraq yüksək səviyyədə hazırlama prosesindən zövq alın. Qazın güc səviyyəsi 1-dən 9 qədər tənzimlənir və seçilən hər növbəti səviyyədə qazın gücü artır. Təqiq tənzimləmələr sayəsində ideal nəticə əldə edəcəksiniz.
YENİ NƏSİL ODLUQLAR
Bu qaz panelinin sürətli odluqları alovu tavanın dibinə yönləndirərək daha yüksək temperaturu və effektiv qızmanı təmin edir. Sözügedən yüksək sürətli odluqlar yeməkləri 20%-dək daha sürətli hazırlamağa imkan verir.
İKİ CƏRGƏLİ ALOVA MALİK OCAĞIN GÜCLÜ QIZDIRILMASI
İki cərgəli alova malik ocaqda hazırlanan yeməklərin ləzzətli dadını hiss edin. O, dəniz məhsullarının qızardılması və WOK hazırlanması üçün ideal olan intensiv istiqamətləndirilmiş isti yaradır.
ÇUQUN BARMAQLIQLAR SAYƏSİNDƏ TAVALARIN SABİTLİYİ
Çuqun barmaqlıqlar tavalarınız üçün peşəkar görünüşə malik möhkəm və davamlı dayaqdır.
ZƏRİF BİRLƏŞMƏ
Hamar şüşə səthi sayəsində plitə dəzgahınıza mükəmməl uyğunlaşır.