Onlayn al, Kargomatdan götür!


Onlayn al, Kargomatdan götür!
Artıq onlayn sifarişlərini kuryer gözləmədən, istədiyin vaxt Kargomatdan götürə bilərsən! İstənilən 45×45 sm-dək olan məhsulu seç, rəsmiləşdirmə zamanı sənə ən yaxın Kargomat ünvanını qeyd edərək SMS-i gözlə. Məhsul qutuya yerləşdirildikdə sənə unikal kod göndəriləcək, həmin kodla bağlamanı 24 saat ərzində təhvil ala bilərsən.
Üstünlüklər:
50 AZN-dən yuxarı onlayn sifarişlərdə Kargomat xidməti tamamilə ödənişsizdir!
Sifarişin Kargomatda 24 saat ərzində sevgiylə və etibarlı şəkildə qorunacaq.
Kargomatın yerləşdiyi məkanın iş saatına uyğun olaraq, günün istənilən vaxtında məhsulunu rahatlıqla götür.
Smartfon, smart-saat, qulaqlıq və digər 45×45 sm-dək ölçüdə olan məhsulları sifariş edərək növbə gözləmədən əldə et.
Bağlamanı istər özün, istər də unikal kodu etibar etdiyin şəxsə göndərərək təhvil al.