*6060
Aylıq Ödəniş
--
svg-icon-cart
Kataloq
svg-icon-wishlist svg-icon-wishlist-active
svg-icon-compare-x svg-icon-compare-active
Ətraflı
Təsvir
Rəylər
Alternativ seçim
Xidmət seçin
Xüsusiyyətlər
Brend
Apple
Model
MacBook Air 13
Prosessor
i
Apple M1, 3.23 GHz
Operativ yaddaş
i
LPDDR4X 8GB, 3733 MHz
Videokart
i
Apple M1
Videokartın növü
Apple
Displey
Retina WQXGA (2560 × 1600), 60 Hz
Ekranın diaqonalı
13.3"
Əməliyyat sistemi
i
MacOS
Wi-Fi
Wi-Fi 6 (802.11ax)
Sensorlu ekran
Yox
360 dərəcə fırlanma
i
Yox
Daxili yaddaş
i
SSD 512GB
Klaviaturanın dili
İngilis, rus
Kateqoriya
i
Premium
Veb-kamera
i
720p
Ölçülər (E × D × H)
304.1 × 212.4 × 16.1 mm
Rəng
Silver
Girişlər
2× Thunderbolt 3
Zəmanət
12 ay
Akkumulyatorun tutumu
49.9 Vt*s, 18 saatadək
Hamısını göstər Daha az göstər svg-icon-dots-h

Macbook Air premium kateqoriyalı notbuklara aiddir. Apple M1 çipi üzərində işləyir və 512 SSD-yə malikdir. 13.3” düymlü IPS displey rəngləri təbii ötürür.

Apple brendinin ən çox əldə edilən notbuk modeli daha sürətli və məhsuldar olub. MacBook Air 13 böyük həcmli SSD, güclü M1 prosessoru və Magic Keyboard klaviatura ilə təchiz edilib.

Görünüş və Ekran

Macbook Air 13 artıq klassik hesab edilən Silver rəngində mövcuddur. Korpus mat alüminiumdan hazırlanıb. Cihazın hissəsində 2 ədəd Thunderbolt 3, sağda isə qulaqlıq üçün giriş mövcuddur. Magic Keyboard klaviatura və Force Touch Trackpad sayəsində bütün işlərinizi çevik yerinə yetirəcəksiniz. Klaviatura işıqlandırmaya sahibdir. Beləliklə, qaranlıqda asanlıqla mətn yığmaq mümkündür. Böyük Trackpad toxunuşlara dəqiq cavab verir. Macbook 13 Touch ID dəstəkləyir. Barmaq izini skan edərək notbuku blokdan çıxara, Apple TV tətbiqində ödəniş edə bilərsiniz.

Yeni Macbook 13.3” düymlü Retina displeyə sahibdir. Ekran şüşə ilə örtülüb. Rənglər parlaq və dəqiq ötürülür. Nəticədə, görüntü daha real və detallı təsvir edilir. İstənilən mətnlər rahat oxunur. Geniş baxış bucağına sahib ekran sevdiyiniz videoları, ən yeni filmləri izləmək üçün ideal ölçülərə sahibdir. TrueTone texnologiyası işıqlandırmanı avtomatik olaraq ətrafınızdakı işıqlandırmaya əsasən dəyişir.

M1 çipi displeyin üst hissəsində yerləşən kameranın işini optimallaşdırıb. Beləliklə, FaceTime vasitəsilə video zəng zamanı görüntü daha keyfiyyətli ötürülür. Neural Engine maşın öyrənmə sistemi sayəsində notbuk üz cizgilərinizi yaddaşda saxlayır və növbəti istifadə zamanı ətrafınızdakı işıqlandırmaya əsasən dərinizin tonunu təbii təsvir edir. 3 ədəd mikrofon sayəsində isə səsiniz aydın ötürüləcək.

Məhsuldarlıq

Macbook Air M1 çipi üzərində işləyir. Apple M1 çipi məhsuldarlığı və geniş imkanları ilə seçilir. Onun köməkliyi ilə mərkəzi prosessor 3.5 dəfə, qrafik prosessor isə 5 dəfə daha sürətli işləyir. Neural Engine maşın öyrənmə texnologiyası sürətini 9 dəfə artırıb. Nəticədə, notbuk vasitəsilə 3D modelləşdirmə və çətin video montajlar etmək mümkündür. M1 Apple brendinin Mac üçün yaratdığı ilk çipdir. Yeni çipin quruluşu digər prosessorlardan fərqlidir. Burada mərkəzi və qrafik prosessorlar, Neuran Engine sistemi, Thunderbolt kontrolleri və digər vacib komponentlər birləşir. Nəticədə, komponentlər məlumatı öz aralarında sürətli ötürür. Nəticədə, notbuka istənilən tətbiqləri yükləyib şəkil və videoları redaktə edə, ağır qrafikaya sahib oyunları oynaya bilərsiniz.

Apple M1 çipinin effektivliyi sayəsində notbukun avtonom işləmə müddəti artırılıb. Yeni çip çətin tapşırıqları belə səmərəli yerinə yetirir. MacBook Air vasitəsilə film izləmək istəsəniz ekranın parlaqlığını 50% təyin edin. Bu rejimdə 16 saat ərzində fasiləsiz film və ya video izləyə biləcəksiniz. Adi istifadə zamanı isə bu müddət 18 saata qədər artırıla bilər. Bundan başqa, Macbook Air 13 modelində ventilyator yoxdur. Bu isə o deməkdir ki, cihaz tamamilə səssizdir. 

Öz rəyini bizimlə paylaş.
1
2
3
4
5
Göndər
Apple səhifəsinə keç Apple

Notbuk Apple MacBook Air 13 M1 Silver MGNA3RU/A

svg-icon-star-filled-2
0.0
Hələ heç bir istifadəçi rəy yazmayıb
svg-icon-chat
Rəylər 0
svg-icon-info-color Mövcud deyil
SKU: TM-DG-KOT-1114-NB-1207
Mövcud olanda bildirək
i
Məhsul əlçatan olan kimi sizə e-poçt vasitəsilə məlumat verəcəyik.
3.089,99 ₼
Hissəli alış kalkulyatoru
Şərtlər ilk dəfə olaraq endirimli qiymətə tətbiq olunur
6 ay
9 ay
12 ay
15 ay
18 ay
24 ay
Aylıq ------
svg-icon-info-circle-3 Sifarişin rəsmiləşdirilməsi zamanı komissiya əlavə oluna bilər
Taksitlə al

Birgə satılanlar

svg-icon-carret-left-square
svg-icon-arrow-right-white-square

Alternativ seçim

svg-icon-carret-left-square
svg-icon-arrow-right-white-square
Notbuk Apple MacBook Air 15 (M5) MDVH4RU/A Midnight
Notbuk Apple MacBook Air 15 (M5) MDVH4RU/A Midnight
3.899,99 ₼3.249,99 ₼
Notbuk Apple MacBook Neo 13 (A18 Pro) Z1TU0001Y Blush
Notbuk Apple MacBook Neo 13 (A18 Pro) Z1TU0001Y Blush
1.799,99 ₼1.499,99 ₼
Notbuk Apple MacBook Air 15 M4 MC6J4RU/A Silver
Notbuk Apple MacBook Air 15 M4 MC6J4RU/A Silver
4.399,99 ₼3.999,99 ₼
Notbuk Apple MacBook Neo 13 (A18 Pro) MHFE4RU/A Citrus
Notbuk Apple MacBook Neo 13 (A18 Pro) MHFE4RU/A Citrus
Notbuk Apple MacBook Neo 13 (A18 Pro) MHFE4RU/A Citrus
2.099,99 ₼1.759,99 ₼
Notbuk Apple MacBook Air 15 (M5) MDVD4RU/A Starlight
Notbuk Apple MacBook Air 15 (M5) MDVD4RU/A Starlight
3.899,99 ₼3.249,99 ₼
Notbuk Apple MacBook Air 13 (M5) MDHH4RU/A Blue
Notbuk Apple MacBook Air 13 (M5) MDHH4RU/A Blue
3.299,99 ₼2.749,99 ₼
Notbuk Apple MacBook Pro 16 MX2V3RU/A Silver
Notbuk Apple MacBook Pro 16 MX2V3RU/A Silver
9.299,99 ₼8.239,99 ₼
Notbuk Apple MacBook Air 13 (M5) MDHE4RU/A Midnight
Notbuk Apple MacBook Air 13 (M5) MDHE4RU/A Midnight
3.299,99 ₼2.749,99 ₼
Notbuk Apple MacBook Pro 16 M4 Pro Space Black MX2X3RU/A
Notbuk Apple MacBook Pro 16 M4 Pro Space Black MX2X3RU/A
6.829,99 ₼6.139,99 ₼
Notbuk Apple MacBook Pro 14 MDE04RU/A Space Black
Notbuk Apple MacBook Pro 14 MDE04RU/A Space Black
Notbuk Apple MacBook Pro 14 MDE04RU/A Space Black
4.499,99 ₼3.999,99 ₼
Notbuk Apple MacBook Pro 14 MDE54RU/A Silver
Notbuk Apple MacBook Pro 14 MDE54RU/A Silver
Notbuk Apple MacBook Pro 14 MDE54RU/A Silver
4.999,99 ₼4.499,99 ₼
Notbuk Apple MacBook Pro 14 M4 Silver MW2X3RU/A
Notbuk Apple MacBook Pro 14 M4 Silver MW2X3RU/A
4.949,99 ₼4.449,99 ₼
Notbuk Apple MacBook Air 13 (M5) MDHC4RU/A Starlight
Notbuk Apple MacBook Air 13 (M5) MDHC4RU/A Starlight
3.899,99 ₼3.249,99 ₼
Notbuk Apple MacBook Neo 13 (A18 Pro) MHFF4RU/A Indigo
Notbuk Apple MacBook Neo 13 (A18 Pro) MHFF4RU/A Indigo
Notbuk Apple MacBook Neo 13 (A18 Pro) MHFF4RU/A Indigo
1.799,99 ₼1.499,99 ₼
Notbuk Apple MacBook Air 15 M4 Sky Blue MC7C4RU/A
Notbuk Apple MacBook Air 15 M4 Sky Blue MC7C4RU/A
4.199,99 ₼3.499,99 ₼
Цвет
Ucuzdan bahaya Bahadan ucuza
Память
От дешевых к дорогим От дорогих к дешевым
Yeni gücü hiss edin
Apple M1 çipinin gəlişi ilə Apple şirkətinin ən incə və yüngül notbuku köklü dəyişikliyə uğrayıb. Mərkəzi prosessor 3,5 dəfəyədək, qrafik prosessor 5 dəfəyədək daha sürətli işləyir. Apple şirkətinin ən qabaqcıl Neural Engine sistemi sayəsində isə maşın öyrənməsi texnologiyasının sürəti 9 dəfəyədək artır
Balaca çip. Nəhəng irəliləyiş.
Qarşılayın. Xüsusi olaraq Mac üçün hazırlanmış ilk Apple çipi. Heyranedici Apple M1 çip üzərində sistemi 16 milyard tranzistora malikdir və özündə mərkəzi və qrafik prosessorları, Neural Engine sistemini, giriş/çıxış kontrollerlərini, eləcə də bir çox digər komponentləri birləşdirir. M1 çipi Mac-da unikal texnologiyalardan yararlanmaq imkanı verir, inanılmaz məhsuldarlığı və bənzərsiz enerji effektivliyini təmin edir. Bu, Mac üçün sadəcə növbəti addım deyil – tamamilə yeni imkanlar səviyyəsidir
Mərkəzi prosessor
Hesablama sürətinə görə M1 çipi Apple şirkətinin bütün digər prosessorlarını geridə qoyur. Belə məhsuldarlıq MacBook Air-də professional səviyyədə foto və video redaktə etmək və ya ağır qrafikalı oyunları oynamaq kimi ən çox resurs tələb edən işlərin öhdəsindən gəlməyə imkan verir. Lakin Apple M1 çipində yer alan 8 nüvəli prosessor yalnız öncəki nəsil prosessorlardan 3,5 dəfə daha sürətli olmasi ilə deyil, həm də tapşırıqları yüksək məhsuldarlıq nüvələri ilə effektivlik nüvələri arasında rasional şəkildə paylaması ilə fərqlənir
Maşın öyrənməsi
MacBook Air-dəki tətbiqlər fotoların avtomatik olaraq peşəkar səviyyədə emalı və ya smart alətlərin və audiofiltlərin daha dəqiq tətbiqi kimi işlər üçün maşın öyrənməsi texnologiyalarını istifadə edə bilər. Bu, sizin xidmətinizdə olan əsl kompüter intellektidir
macOS Big Sur və M1 çipinin gücü
macOS Big Sur əməliyyat sistemi Apple M1 çipinin nəhəng potensialı nəzərə alınaraq hazırlanıb. Əhəmiyyətli şəkildə yenilənmiş tətbiqlər. Möhtəşəm yeni dizayn və ən müasir məxfilik və təhlükəsizlik funksiyaları. Bu, ən qabaqcıl Apple avadanlıqları üçün hazırlanmış, inanılmaz dərəcədə güclü əməliyyat sistemidir
Retina Displey. Real olmayacaq qədər realistik rənglər.
13,3 düym diaqonala və 2560×1600 piksel çözümlülüyə malik Retina displeydə görüntü daha detallı və realistik alınır. Mətnlər daha kəskin və aydın, rənglər isə həmişə olduğundan daha canlıdır. Displeyin şüşəsi korpusun ən kənar xəttinə çatdığı üçün heç nə diqqətinizi möhtəşəm görüntüdən yayındırmır
Kamera və mikrofonlar
Apple M1 çipində yer alan görüntü siqnalı prosessoru hər FaceTime zəngi və videokonfransı zamanı daha yaxşı görüntünü təmin edir. Üç daxili mikrofon sayəsində isə zəng edərkən və ya səsli qeyd yazarkən dedikləriniz aydın eşidiləcək
Klaviatura Magic Keyboard
Bu klaviaturada yazı yazmağın rahat və xoş olması bir yana, onun bütün imkanları sadəcə möcüzədir. Öncədən təyin edilmiş yeni düymə kombinasiyaları faydalı funksiyalara çıxış imkanını təmin edir. Klaviaturanın dilini dəyişin, lazım olan emojini seçin, Spotlight vasitəsilə sənədləri tapın – hamısı bircə toxunuşla. Düymələrin işıqlanması və işıqlılıq sensoru isə qaranlıqda yazmağa imkan verir
Bağlantı imkanları

Wi-Fi 6 - Yeni nəsil Wi-Fi daha sürətlidir. Üstəlik, şəbəkəyə qoşulan cihaz sayı artsa belə, MacBook Air-in bağlantısının güclü qalmasını təmin edir. Thunderbolt/USB 4 portları - Ultra-yüksək ötürücülük qabiliyyəti və geniş funksionallıq bir arada. Thunderbolt portundan məlumatların ötürülməsi, cihazın şarj edilməsi və ya videonun digər monitorlara verilməsi üçün yararlanmaq olar. MacBook Air-də belə portların sayı ikidir