*6060
Aylıq Ödəniş
--
svg-icon-cart
Kataloq
svg-icon-wishlist svg-icon-wishlist-active
svg-icon-compare-x svg-icon-compare-active
Ətraflı
Təsvir
Rəylər
Alternativ seçim
Xidmət seçin
Xüsusiyyətlər
Brend
Apple
Model
MacBook Air 13
Prosessor
i
Apple M1, 3.23 GHz
Operativ yaddaş
i
LPDDR4X 8GB, 4266 MHz
Videokart
i
Apple M1
Videokartın növü
Apple
Displey
Retina WQXGA (2560 × 1600), 60 Hz
Ekranın diaqonalı
13"
Əməliyyat sistemi
i
MacOS
Wi-Fi
Wi-Fi 6 (802.11ax)
Sensorlu ekran
Yox
360 dərəcə fırlanma
i
Yox
Daxili yaddaş
i
SSD 256GB
Klaviaturanın dili
İngilis, rus
Kateqoriya
i
Premium
Veb-kamera
i
720p
Ölçülər (E × D × H)
304.1 × 212.4 × 16.1 mm
Rəng
Silver
Girişlər
2× USB Type-C (Thunderbolt 4)
Zəmanət
12 ay
Akkumulyatorun tutumu
49.9 Vt*s, 18 saatadək
Hamısını göstər Daha az göstər svg-icon-dots-h

Yenilənmiş Apple MacBook Air 13” MGN93RU/A-nın parametrləri və premial dizaynı ilə hər kəsi heyran edir. Notbukun ən gözlənilən yeniliyi 8 nüvəli Apple M1 prosessorudur. Onun sayəsində cihaz daha da sürətli işləyir və batareyanın enerjisini qənaətli sərf edir. Notbukun enerjisi 18 saat iş üçün kifayətdir. Yeni modeldə ventilyator yoxdur. Nəticədə MacBook tamamilə səssiz işləyir. Korpus alüminiumdan hazırlanıb. Korpusun sol tərəfində Thunderbolt 3, Power Delivery, DisplayPort dəstəkləyən iki USB-C girişi, sağ tərəfdə 3.5 mm qulaqlıq üçün giriş yerləşdirilib.

MakBook 13.3 düymlü ekrana sahibdir. Ekran həlli 2560 x 1600. Görüntü daha detallı və real təsvir edilir. Bütün mətnlər daha kəskindir və rahat oxunur. Ekranın aydınlığı ətrafdakı işıqlanmaya uyğunlaşır. Nəticədə iş zamanı gözləriniz yorulmayacaq. Keyfiyyətli kamera və 3 mikrofon sayəsində videozənglərin keyfiyyəti artırılıb, səs və görüntü möhtəşəm ötürülür.

Notbuk çox rahat klaviaturaya sahibdir. Onun vasitəsilə bütün işlərinizi tez yerinə yetirəcəksiniz. Düymələrin işıqlanması qaranlıqda rahat yazmaq üçün imkan yaradır. Touch ID notbuku barmaq izi vasitəsilə blokdan çıxarır. MacBook Air maşın öyrənməsi texnologiyasını dəstəkləyir. Operativ yaddaş 8 GB, SSD isə 256 GB-dır.

Macbook Air 13 MGN93RU A Silver notbukunu Kontakt.az onlayn mağazamızdan cəmi 1 klikə evinizə çatdırılma ilə sifariş edin. Notbukun xüsusiyyətləri ilə ətraflı tanış olmaq üçün sizə yaxın olan Kontakt Home filialına gəlməyə tələsin! Əlavə olaraq nəzərinizə çatdıraq ki, bütün Apple məhsullarına zəmanət təqdim edilir.

Öz rəyini bizimlə paylaş.
1
2
3
4
5
Göndər
Apple səhifəsinə keç Apple

Notbuk Apple MacBook Air 13 M1 Silver MGN93RU/A

svg-icon-star-filled-2
0.0
Hələ heç bir istifadəçi rəy yazmayıb
svg-icon-chat
Rəylər 0
svg-icon-info-color Mövcud deyil
SKU: TM-DG-KOT-1114-NB-0146
Mövcud olanda bildirək
i
Məhsul əlçatan olan kimi sizə e-poçt vasitəsilə məlumat verəcəyik.
-650 ₼ nağd alışa 1.349,99 ₼
1.999,99 ₼
Hissəli alış kalkulyatoru
Şərtlər ilk dəfə olaraq endirimli qiymətə tətbiq olunur
0% 6 ay
9 ay
12 ay
15 ay
18 ay
24 ay
Aylıq ------
svg-icon-info-circle-3 Sifarişin rəsmiləşdirilməsi zamanı komissiya əlavə oluna bilər
Taksitlə al
Цвет
Ucuzdan bahaya Bahadan ucuza
Память
От дешевых к дорогим От дорогих к дешевым
Yeni gücü hiss edin
Apple M1 çipinin gəlişi ilə Apple şirkətinin ən incə və yüngül notbuku köklü dəyişikliyə uğrayıb. Mərkəzi prosessor 3,5 dəfəyədək, qrafik prosessor 5 dəfəyədək daha sürətli işləyir. Apple şirkətinin ən qabaqcıl Neural Engine sistemi sayəsində isə maşın öyrənməsi texnologiyasının sürəti 9 dəfəyədək artır
Balaca çip. Nəhəng irəliləyiş.
Qarşılayın. Xüsusi olaraq Mac üçün hazırlanmış ilk Apple çipi. Heyranedici Apple M1 çip üzərində sistemi 16 milyard tranzistora malikdir və özündə mərkəzi və qrafik prosessorları, Neural Engine sistemini, giriş/çıxış kontrollerlərini, eləcə də bir çox digər komponentləri birləşdirir. M1 çipi Mac-da unikal texnologiyalardan yararlanmaq imkanı verir, inanılmaz məhsuldarlığı və bənzərsiz enerji effektivliyini təmin edir. Bu, Mac üçün sadəcə növbəti addım deyil – tamamilə yeni imkanlar səviyyəsidir
Mərkəzi prosessor
Hesablama sürətinə görə M1 çipi Apple şirkətinin bütün digər prosessorlarını geridə qoyur. Belə məhsuldarlıq MacBook Air-də professional səviyyədə foto və video redaktə etmək və ya ağır qrafikalı oyunları oynamaq kimi ən çox resurs tələb edən işlərin öhdəsindən gəlməyə imkan verir. Lakin Apple M1 çipində yer alan 8 nüvəli prosessor yalnız öncəki nəsil prosessorlardan 3,5 dəfə daha sürətli olmasi ilə deyil, həm də tapşırıqları yüksək məhsuldarlıq nüvələri ilə effektivlik nüvələri arasında rasional şəkildə paylaması ilə fərqlənir
Maşın öyrənməsi
MacBook Air-dəki tətbiqlər fotoların avtomatik olaraq peşəkar səviyyədə emalı və ya smart alətlərin və audiofiltlərin daha dəqiq tətbiqi kimi işlər üçün maşın öyrənməsi texnologiyalarını istifadə edə bilər. Bu, sizin xidmətinizdə olan əsl kompüter intellektidir
macOS Big Sur və M1 çipinin gücü
macOS Big Sur əməliyyat sistemi Apple M1 çipinin nəhəng potensialı nəzərə alınaraq hazırlanıb. Əhəmiyyətli şəkildə yenilənmiş tətbiqlər. Möhtəşəm yeni dizayn və ən müasir məxfilik və təhlükəsizlik funksiyaları. Bu, ən qabaqcıl Apple avadanlıqları üçün hazırlanmış, inanılmaz dərəcədə güclü əməliyyat sistemidir
Retina Displey. Real olmayacaq qədər realistik rənglər.
13,3 düym diaqonala və 2560×1600 piksel çözümlülüyə malik Retina displeydə görüntü daha detallı və realistik alınır. Mətnlər daha kəskin və aydın, rənglər isə həmişə olduğundan daha canlıdır. Displeyin şüşəsi korpusun ən kənar xəttinə çatdığı üçün heç nə diqqətinizi möhtəşəm görüntüdən yayındırmır
Kamera və mikrofonlar
Apple M1 çipində yer alan görüntü siqnalı prosessoru hər FaceTime zəngi və videokonfransı zamanı daha yaxşı görüntünü təmin edir. Üç daxili mikrofon sayəsində isə zəng edərkən və ya səsli qeyd yazarkən dedikləriniz aydın eşidiləcək
Klaviatura Magic Keyboard
Bu klaviaturada yazı yazmağın rahat və xoş olması bir yana, onun bütün imkanları sadəcə möcüzədir. Öncədən təyin edilmiş yeni düymə kombinasiyaları faydalı funksiyalara çıxış imkanını təmin edir. Klaviaturanın dilini dəyişin, lazım olan emojini seçin, Spotlight vasitəsilə sənədləri tapın – hamısı bircə toxunuşla. Düymələrin işıqlanması və işıqlılıq sensoru isə qaranlıqda yazmağa imkan verir
Bağlantı imkanları

Wi-Fi 6 - Yeni nəsil Wi-Fi daha sürətlidir. Üstəlik, şəbəkəyə qoşulan cihaz sayı artsa belə, MacBook Air-in bağlantısının güclü qalmasını təmin edir. Thunderbolt/USB 4 portları - Ultra-yüksək ötürücülük qabiliyyəti və geniş funksionallıq bir arada. Thunderbolt portundan məlumatların ötürülməsi, cihazın şarj edilməsi və ya videonun digər monitorlara verilməsi üçün yararlanmaq olar. MacBook Air-də belə portların sayı ikidir