*6060
Aylıq Ödəniş
--
svg-icon-cart
Kataloq
svg-icon-wishlist svg-icon-wishlist-active
svg-icon-compare-x svg-icon-compare-active
Ətraflı
Təsvir
Rəylər
Alternativ seçim
Xidmət seçin
Xüsusiyyətlər
Brend
Apple
Model
MacBook Air 13
Prosessor
i
Apple M1, 3.23 GHz
Operativ yaddaş
i
LPDDR4X 8GB, 4266 MHz
Videokart
i
Apple M1
Videokartın növü
Apple
Displey
Retina WQXGA (2560 × 1600), 60 Hz
Ekranın diaqonalı
13.3"
Əməliyyat sistemi
i
MacOS
Wi-Fi
Wi-Fi 6 (802.11ax)
Sensorlu ekran
Yox
360 dərəcə fırlanma
i
Yox
Daxili yaddaş
i
SSD 256GB
Klaviaturanın dili
İngilis, rus
Kateqoriya
i
Premium
Veb-kamera
i
720p
Ölçülər (E × D × H)
304.1 × 212.4 × 16.1 mm
Rəng
Gold
Girişlər
2× USB Type-C (Thunderbolt 4)
Zəmanət
12 ay
Akkumulyatorun tutumu
49.9 Vt*s, 18 saatadək
Hamısını göstər Daha az göstər svg-icon-dots-h

Macbook Air 13 premium kateqoriyalı notbuklara aiddir. Cihaz yeni M1 çipi üzərində işləyir. Əməliyyat sistemi macOS-dir. Notbuk 13.3” düymlü Retina displeyə malikdir.

Premium görünüşə və böyük gücə malik notbuk axtarırsınızsa MacBook Air 13 Gold modelinə nəzər yetirməyi məsləhət edirik. Apple M1 çipi üzərində işləyən notbuk geniş imkanları ilə sevilir.

Görünüş və Ekran

Alüminium korpusun yan tərəflərində 2 ədəd Thunderbolt 3 və qulaqlıq üçün girişlər mövcuddur. Gecə zamanı sürətli mətn yığa bilməyiniz üçün notbukun klaviaturası işıqlandırmaya malikdir. Klaviaturanın sağ və sol hissələrində dinamiklər yerləşdirilib. Səs güclü və təmiz ötürülür. Bütün işlərinizi tamamlayıb asanlıqla film izləyə bilərsiniz. Macbook 13 Touch ID dəstəkləyir. Barmaq izini skan edərək notbuku blokdan çıxara, Apple TV tətbiqində ödəniş edə bilərsiniz.

13.3” düymlü Retina displey cızıqlara davamlı olan şüşə ilə örtülüb. Əlavə olaraq ekran çox rahat təmizlənir. Xüsusi oleofob örtüyün üzərində barmaq izləri əmələ gəlmir. Əks parıltı xüsusiyyətləri sayəsində kontent günün istənilən vaxtı rahat oxunur. Rənglərin parlaqlığı görüntünün daha real və detallı təsvir edilməsini təmin edir. Geniş baxış bucağına sahib ekran sevdiyiniz videoları, ən yeni filmləri izləmək üçün ideal ölçülərə sahibdir. TrueTone texnologiyası işıqlandırmanı avtomatik olaraq ətrafınızdakı işıqlandırmaya əsasən dəyişir.

MacBook Air 13 modelində təkmilləşdirilmiş veb kamera yerləşdirilib. Nəticədə, FaceTime vasitəsilə video zəng zamanı görüntü daha keyfiyyətli ötürülür. Neural Engine maşın öyrənmə sistemi sayəsində notbuk üz cizgilərinizi yaddaşda saxlayır və növbəti istifadə zamanı ətrafınızdakı işıqlandırmaya əsasən dərinizin tonunu təbii təsvir edir. 3 ədəd mikrofon sayəsində isə səsiniz aydın ötürüləcək.

Məhsuldarlıq

MacBook Air 13 notbuklarında ilk dəfə olaraq Apple brendinin istehsal etdiyi M1 çipi istifadə edilib. Yeni çipdə mərkəzi və qrafik prosessorlar, Neuran Engine sistemi, Thunderbolt kontrolleri və digər vacib komponentlər birləşir. Nəticədə, komponentlər məlumatı öz aralarında sürətli ötürür. Beləliklə, notbukun məhsuldarlığı artıb. İnanılmaz gücə malik prosessorlar tapşırıqlarınızı yerinə yetirərkən batareyanın enerjisini səmərəli sərf edirlər. Bu səbəbdən MacBook daha uzun müddət ərzində avtonom işləyə bilir.

MacBook Air 13 modelində iPhone və iPad üçün tətbiqləri istifadə etmək mümkündür. Beləliklə, smartfonunuzda olan tətbiqləri notbuka yükləyib mobil oyunları oynaya, yemək sifariş verə, bank tətbiqlərindən istifadə edə bilərsiniz. Rosetta 2 texnologiyası ilə Intel prosessoru üçün nəzərdə tutulan tətbiqləri MacBook-da yükləmək və istifadə etmək olar.

Öz rəyini bizimlə paylaş.
1
2
3
4
5
Göndər
Apple səhifəsinə keç Apple

Notbuk Apple MacBook Air 13 M1 Gold MGND3RU/A

svg-icon-star-filled-2
0.0
Hələ heç bir istifadəçi rəy yazmayıb
svg-icon-chat
Rəylər 0
svg-icon-info-color Mövcud deyil
SKU: TM-DG-KOT-1114-NB-0149
Mövcud olanda bildirək
i
Məhsul əlçatan olan kimi sizə e-poçt vasitəsilə məlumat verəcəyik.
-550 ₼ nağd alışa 1.449,99 ₼
1.999,99 ₼
Hissəli alış kalkulyatoru
Şərtlər ilk dəfə olaraq endirimli qiymətə tətbiq olunur
0% 6 ay
9 ay
12 ay
15 ay
18 ay
24 ay
Aylıq ------
svg-icon-info-circle-3 Sifarişin rəsmiləşdirilməsi zamanı komissiya əlavə oluna bilər
Taksitlə al

Alternativ seçim

svg-icon-carret-left-square
svg-icon-arrow-right-white-square
Notbuk Apple MacBook Pro 16 M4 Pro Silver MX2T3RU/A
Notbuk Apple MacBook Pro 16 M4 Pro Silver MX2T3RU/A
6.829,99 ₼5.999,99 ₼
Notbuk Apple MacBook Air 13 (M5) MDH84RU/A Silver
Notbuk Apple MacBook Air 13 (M5) MDH84RU/A Silver
3.899,99 ₼3.249,99 ₼
Notbuk Apple MacBook Pro 14 MDE14RU/A Space Black
Notbuk Apple MacBook Pro 14 MDE14RU/A Space Black
Notbuk Apple MacBook Pro 14 MDE14RU/A Space Black
4.999,99 ₼4.499,99 ₼
Notbuk Apple MacBook Neo 13 (A18 Pro) MHFC4RU/A Silver
Notbuk Apple MacBook Neo 13 (A18 Pro) MHFC4RU/A Silver
2.099,99 ₼1.619,99 ₼
Notbuk Apple MacBook Pro 14 MDE54RU/A Silver
Notbuk Apple MacBook Pro 14 MDE54RU/A Silver
Notbuk Apple MacBook Pro 14 MDE54RU/A Silver
4.999,99 ₼4.499,99 ₼
Notbuk Apple MacBook Air 13 (M5) MDHJ4RU/A Blue
Notbuk Apple MacBook Air 13 (M5) MDHJ4RU/A Blue
3.899,99 ₼3.249,99 ₼
Notbuk Apple MacBook Pro 14 M4 Silver MW2W3RU/A
Notbuk Apple MacBook Pro 14 M4 Silver MW2W3RU/A
4.449,99 ₼3.999,99 ₼
Notbuk Apple MacBook Pro 14 MDE04RU/A Space Black
Notbuk Apple MacBook Pro 14 MDE04RU/A Space Black
Notbuk Apple MacBook Pro 14 MDE04RU/A Space Black
4.499,99 ₼3.999,99 ₼
Notbuk Apple MacBook Air 15 M4 Sky Blue MC7C4RU/A
Notbuk Apple MacBook Air 15 M4 Sky Blue MC7C4RU/A
4.199,99 ₼3.499,99 ₼
Notbuk Apple MacBook Pro 16 M4 Max Space Black MX313RU/A
Notbuk Apple MacBook Pro 16 M4 Max Space Black MX313RU/A
10.879,99 ₼9.779,99 ₼
Notbuk Apple MacBook Air 15 (M5) MDVH4RU/A Midnight
Notbuk Apple MacBook Air 15 (M5) MDVH4RU/A Midnight
3.899,99 ₼3.249,99 ₼
Notbuk Apple MacBook Air 13 MC654RU/A Silver
Notbuk Apple MacBook Air 13 MC654RU/A Silver
3.799,99 ₼3.499,99 ₼
Notbuk Apple MacBook Pro 14 M4 Pro Silver MX2F3RU/A
Notbuk Apple MacBook Pro 14 M4 Pro Silver MX2F3RU/A
6.559,99 ₼5.899,99 ₼
Notbuk Apple MacBook Air 15 M4 Silver MW1G3RU/A
Notbuk Apple MacBook Air 15 M4 Silver MW1G3RU/A
3.499,99 ₼2.999,99 ₼
Notbuk Apple MacBook Neo 13 (A18 Pro) MHFG4RU/A Indigo
Notbuk Apple MacBook Neo 13 (A18 Pro) MHFG4RU/A Indigo
2.099,99 ₼1.619,99 ₼
Цвет
Ucuzdan bahaya Bahadan ucuza
Память
От дешевых к дорогим От дорогих к дешевым
Yeni gücü hiss edin
Apple M1 çipinin gəlişi ilə Apple şirkətinin ən incə və yüngül notbuku köklü dəyişikliyə uğrayıb. Mərkəzi prosessor 3,5 dəfəyədək, qrafik prosessor 5 dəfəyədək daha sürətli işləyir. Apple şirkətinin ən qabaqcıl Neural Engine sistemi sayəsində isə maşın öyrənməsi texnologiyasının sürəti 9 dəfəyədək artır
Balaca çip. Nəhəng irəliləyiş.
Qarşılayın. Xüsusi olaraq Mac üçün hazırlanmış ilk Apple çipi. Heyranedici Apple M1 çip üzərində sistemi 16 milyard tranzistora malikdir və özündə mərkəzi və qrafik prosessorları, Neural Engine sistemini, giriş/çıxış kontrollerlərini, eləcə də bir çox digər komponentləri birləşdirir. M1 çipi Mac-da unikal texnologiyalardan yararlanmaq imkanı verir, inanılmaz məhsuldarlığı və bənzərsiz enerji effektivliyini təmin edir. Bu, Mac üçün sadəcə növbəti addım deyil – tamamilə yeni imkanlar səviyyəsidir
Mərkəzi prosessor
Hesablama sürətinə görə M1 çipi Apple şirkətinin bütün digər prosessorlarını geridə qoyur. Belə məhsuldarlıq MacBook Air-də professional səviyyədə foto və video redaktə etmək və ya ağır qrafikalı oyunları oynamaq kimi ən çox resurs tələb edən işlərin öhdəsindən gəlməyə imkan verir. Lakin Apple M1 çipində yer alan 8 nüvəli prosessor yalnız öncəki nəsil prosessorlardan 3,5 dəfə daha sürətli olmasi ilə deyil, həm də tapşırıqları yüksək məhsuldarlıq nüvələri ilə effektivlik nüvələri arasında rasional şəkildə paylaması ilə fərqlənir
Maşın öyrənməsi
MacBook Air-dəki tətbiqlər fotoların avtomatik olaraq peşəkar səviyyədə emalı və ya smart alətlərin və audiofiltlərin daha dəqiq tətbiqi kimi işlər üçün maşın öyrənməsi texnologiyalarını istifadə edə bilər. Bu, sizin xidmətinizdə olan əsl kompüter intellektidir
macOS Big Sur və M1 çipinin gücü
macOS Big Sur əməliyyat sistemi Apple M1 çipinin nəhəng potensialı nəzərə alınaraq hazırlanıb. Əhəmiyyətli şəkildə yenilənmiş tətbiqlər. Möhtəşəm yeni dizayn və ən müasir məxfilik və təhlükəsizlik funksiyaları. Bu, ən qabaqcıl Apple avadanlıqları üçün hazırlanmış, inanılmaz dərəcədə güclü əməliyyat sistemidir
Retina Displey. Real olmayacaq qədər realistik rənglər.
13,3 düym diaqonala və 2560×1600 piksel çözümlülüyə malik Retina displeydə görüntü daha detallı və realistik alınır. Mətnlər daha kəskin və aydın, rənglər isə həmişə olduğundan daha canlıdır. Displeyin şüşəsi korpusun ən kənar xəttinə çatdığı üçün heç nə diqqətinizi möhtəşəm görüntüdən yayındırmır
Kamera və mikrofonlar
Apple M1 çipində yer alan görüntü siqnalı prosessoru hər FaceTime zəngi və videokonfransı zamanı daha yaxşı görüntünü təmin edir. Üç daxili mikrofon sayəsində isə zəng edərkən və ya səsli qeyd yazarkən dedikləriniz aydın eşidiləcək
Klaviatura Magic Keyboard
Bu klaviaturada yazı yazmağın rahat və xoş olması bir yana, onun bütün imkanları sadəcə möcüzədir. Öncədən təyin edilmiş yeni düymə kombinasiyaları faydalı funksiyalara çıxış imkanını təmin edir. Klaviaturanın dilini dəyişin, lazım olan emojini seçin, Spotlight vasitəsilə sənədləri tapın – hamısı bircə toxunuşla. Düymələrin işıqlanması və işıqlılıq sensoru isə qaranlıqda yazmağa imkan verir
Bağlantı imkanları

Wi-Fi 6 - Yeni nəsil Wi-Fi daha sürətlidir. Üstəlik, şəbəkəyə qoşulan cihaz sayı artsa belə, MacBook Air-in bağlantısının güclü qalmasını təmin edir. Thunderbolt/USB 4 portları - Ultra-yüksək ötürücülük qabiliyyəti və geniş funksionallıq bir arada. Thunderbolt portundan məlumatların ötürülməsi, cihazın şarj edilməsi və ya videonun digər monitorlara verilməsi üçün yararlanmaq olar. MacBook Air-də belə portların sayı ikidir