Milano Marvin dolabı yataq otağında geyimlərinizin saxlanılması üçün mükəmməl seçimdir. Dolab yüksək keyfiyyətli laminatdan hazırlanıb. Taxta printi sayəsində bu model loft və eko üslublu interyerlərə tam uyğunlaşır.
Dolabın eni 140 sm, hündürlüyü 200 sm, dərinliyi isə 53 sm-dir. Yığcamlığı sayəsində Milano Marvin çox yer tutmur. Eyni zamanda, çoxsaylı rəflərin və asılqanların olması qarderobunuzu rahat yerləşdirə bilməyiniz üçün imkan yaradır. Otağın görünüşünü ideal tamamlayan dolab 3 qapıdan ibarətdir. 2 qapısı eyni anda açılır, daxildə iki asılqan və bir rəf mövcuddur. Asılqanlar fərqli hündürlükdə quraşdırılıb. Beləliklə, üst hissədə olan asılqana uzun donları, şalvarları, altda yerləşən asılqana isə ətəkləri və köynəkləri asa bilərsiniz. Tək açılan qapıda 4 ədəd rəf var.
Orta qapıda boy güzgüsünün olması çox praktik həlldir. Evdən çıxmadan öncə geyiminizi rahat seçə biləcəksiniz. Əlavə olaraq, güzgü sayəsində otaq vizual olaraq daha geniş görünüşə sahib olacaq. Milano Marvin modelinin xüsusiyyətləri ilə evinizdən çıxmadan tanış olmaq olar. “Canlı video məsləhətçi” düyməsinə basın və mütəxəssisimiz video zəng vasitəsilə dolabı sizə nümayiş edəcək.