Yayda sizi isti su ilə təmin edən, qışda isə əlavə olaraq evinizi isidən İmmergas 28 kW Mini isitmə sistemini təqdim edirik. Model ikikonturlu qazxana növünə aiddir. Bu o deməkdir ki, kombi sistemi 2 ədəd esenjor ilə təchiz edilib. Birinci esenjor mənzilin isidilməsinə cavabdehdir. İkinci isə gündəlik istifadə üçün nəzərdə tutulmuş suyu isidir.
Cihaz yığcam ölçülərə sahibdir. Beləliklə, hətta kiçik eyvanda kombinin quraşdırılması mümkündür. Korpus universal ağ rəngdə təqdim edilib. Rahat istifadə üçün İmmergas 28 kW Mini modelində sadə idarə etmə paneli və manometr mövcuddur. Təyin edilən temperatur və bütün vacib bildirişlər displeydə əks edilir. Panel vasitəsilə isitmə sisteminin və gündəlik istifadə üçün nəzərdə tutulmuş suyun dərəcəsini dəyişmək olar. Kombi 2 rejimdə işləyir: qış və yay. Yay rejimində otaqların isitmə funksiyası dayandırılır.
Qazxana 28 kvt isitmə gücünə sahibdir. Bu da 280 m2 sahənin sürətli isidilməsi üçün kifayətdir. İmmergas 28 kW Mini modelinin üstünlüyü - qaz təzyiqi aşağı olsa belə eviniz isidilməyə davam edəcək. Digər üstünlük elektrik alovun olmasıdır. Beləliklə, cihazdan təhlükəsiz istifadə edəcəksiniz. Qazxananın bütün imkanları ilə daha ətraflı tanış olmaq üçün “Canlı video məsləhətçi” düyməsinə basın. Əməkdaşımız video zəng vasitəsilə məhsulu nümayiş edib suallarınızı cavablayacaq. Əlavə olaraq saytımız vasitəsilə sözügedən modelin parametrlərini digər kombilərin parametrləri ilə müqayisə edə bilərsiniz.