Apple markası dünyada öz keyfiyyətli məhsulları ilə seçilir. Xüsusiyyətləri və dizaynı sayəsində iPhone 11 alıcılar arasında çox sevilir.
Cihazın arxa və ön paneli möhkəm və zədələnməyə davamlı olan şüşədən, korpusu isə alüminiumdan hazırlanıb. Arxa paneldə iki kamera və flash yerləşdirilib. Ön paneldə FaceID skaneri üçün kəsik var. Yüngül çəkisinə görə iPhone 11 əldə saxlamaq çox rahatdır. Cihaz IP68 qorunma dərəcisinə malikdir – suda 2,5 metr dərinliyində 30 dəqiqə ərzində qala bilir.
6,1″ diaqonallı ekran və 1792×828 ehran həlli rəngləri ideal otürür. Gün işığı altında və qaranlıq otaqda görüntü aydın və parlaqdır – aydınlıq avtomatik olaraq tənzimlənir. Ekranın xüsusi oleofob örtüyü sayəsində barmaq izləri asan təmizlənir.
Cihaz Apple A13 Bionic prosessoru ilə işləyir. Akkumulyatorun tutumluğu 3110 mAh-dır, nəticədə smartfonun avtonom işləmə müddəti artıb. Telefondan aktiv istifadə edənlər üçün iPhone 11 ideal seçimdir.
iPhone 11 əsas, geniş bucaqlı və ultra geniş bucaqlı kameralarına sahibdir. Əsas kamera həm gündüz işığında həm gecə vaxtı təkrarolunmaz şəkillər çəkir. Ultra geniş bucaqlı kamera ikiqat daha çox obyekt tuta bilir. Stabilizasiya sayəsində əsas kameraya çəkilən videoların keyfiyyəti artıtılıb. Əsas kameradan geniş bucaqlı rejiminə çəkilişi dayandırmadan keçid edə bilərsiniz. Ön kamera ilə 12 meqapikselli foto və 4K video yaratmaq olur.
iPhone 11 möhtəşəm səsə malikdir. Korpusun üst və alt hissələrində stereo dinamiklər yerləşdirilib. Smartfon Dolby Atmos dəstəkləyir. Onun sayəsində film izləyərkən səs kinoteatr effektli ilə hiss edilir.
iPhone 11 kreditlə almaq üçün Kontakt Home müraciət edə bilərsiniz. Smartfonun xüsusiyyətləri ilə tanış olmaq üçün mağazalarımıza gələ bilərsiniz. Peşəkar məsləhətçilərimiz sizə kömək etməkdən şad olacaqlar.
Orxan.
2021-04-17
Bomba telefondu