*6060
Aylıq Ödəniş
--
svg-icon-cart
Kataloq

HUAWEI MatePad planşetlər

HUAWEI MatePad: Performans və rahatlığın mükəmməl balansı

Həyat ritminin sürətləndiyi bir dövrdə ağır notbuku daşımaq artıq keçmişdə qaldı. İndi bizə həm çantada yer tutmayan həm də notbukun işini görən cihazlar lazımdır. HUAWEI MatePad planşetlər məhz bu istəyimizi qarşılayır. İş, təhsil və yaradıcılıq - hər biri bir cihazda.

Niyə məhz HUAWEI MatePad planşetləri?

Seçim edəndə çox vaxt ios və Android arasında qalırıq. HUAWEI-nin təklif etdiyi ekosistem tamamilə fərqli bir təcrübə vəd edir. MatePad seçməli olduğun bir neçə əsas səbəb:

Texniki üstünlüklər

    • Gözləri yormayan ekran texnologiyası: HUAWEI-nin bəzi seriyalarında istifadə etdiyi PaperMatte ekranı sayəsində günəş altında belə məzmunu görəcəksən.

    • Dizayn və erqonomika: Cihaz o qədər yüngüldür ki, saatlarla əlində tutmaq yorucu deyil. 

    • Güclü batareya sayəsində gün boyu rahatlıqla istifadə edə bilərsən.

    • Dörd və ya bəzi modellərdə altı dinamikli səs sistemi səni musiqinin və ya filmin tam mərkəzinə aparacaq.

    • Sürətli WiFi və LTE dəstəyi ilə internet bağlantın heç vaxt kəsilməyəcək.

    • Planşetlərin kamera quruluşu onlayn dərslər üçün optimallaşdırılıb. FollowCam funksiyası ilə sən hərəkət etsən də, kamera stabil görüntü bəxş edəcək.

Hansı MatePad modeli sənin ehtiyaclarını qarşılayır?

Hər kəsin ehtiyacı fərqlidir, ona görə də MatePad tablet alarkən ilk növbədə nə üçün istifadə edəcəyini dəqiqləşdirməlisən. HUAWEI MatePad plansetler ailəsi sənə geniş seçim imkanı verir: 

    • Təhsil və ofis işçiləri üçün: Əgər çoxlu yazı yazırsansa, mütləq dəstində klaviatura olan modellərə yönəlməlisən. Məsələn, 128 GB yaddaş və 8 GB RAM olan modellər sənədlərlə işləmək üçün ideal sürət təklif edir.

    • Dizayn və yaradıcı işlər üçün: Sənə mütləq yüksək həssaslıqlı stylus (qələm) dəstəyi lazımdır. Xüsusən də PaperMatte texnologiyalı ekran seçsən, kağız üzərində rəsm çəkirmiş kimi hiss edəcəksən.

    • Səyahət və əyləncə üçün: Uzunömürlü batareya və 4G/ LTE dəstəyi olan modellər sənə hər yerdə internetdən istifadə etməyə imkam yaradacaq.

Proqram təminatı və tətbiqlər 

HarmonyOS sayəsində digər Huawei cihazlarınla (notbuk, telefon) rahat əlaqə yarada bilərsən. Faylları sürətli ötürə, telefonunun ekranını planşetinə yansıdıb çoxekranlı tapşırıqları bir yerdən idarə edə bilərsən. 

Bir çox istifadəçi HUAWEI-də tətbiqlərlə bağlı suallar verir. Amma narahat olmağa dəyməz:

    • AppGallery: Azərbaycan üçün vacib olan bütün bank, kuryer və sosial media tətbiqləri burada var.

    • Tətbiqlər: WhatsApp, Netflix, Spotify kimi populyar proqramları və Gbox kimi köməkçi vasitələrlə problemsiz quraşdırıb istifadə edə bilərsən.

    • GSpace kimi vasitələrlə istədiyin bütün proqramları problemsiz quraşdıra bilərsən. Sistem stabil işləyir, donma və ya gecikmə olmur.

Nəticə 

Əgər büdcənə qənaət etmək və yüksək keyfiyyətli cihaz istəyirsənsə, HUAWEI MatePad seriyası sənin üçün ən məntiqli seçimdir. Kontakt.az-da sənə uyğun modelin qiymətini və texniki göstəricilərini müqayisə edə bilərsən. Bakı və Azərbaycanın digər bölgələrinə çatdırılma xidməti mövcuddur. Unutma, doğru cihaz sənin işini asanlaşdırmalı və sənə vaxt qazandırmalıdır.