Dyson tozsoranları
Dyson tozsoran: Ev təmizliyində yenilik
Bəzən elə olur ki, evi süpürürsən, amma yenedə tozlar qalır. Xüsusilə divan altlarında və künclərdə gizlənən tozlar adi tozsoranların gözündən qaça bilir. Təsəvvür et: Əlində yüngül, güclü və səssiz bir cihaz var - səni yarı yolda qoymayan, hər hərəkətinə uyğunlaşan bir texnologiya. Müasir dizaynı, güclü performansı və istifadədə rahatlığı ilə Dyson tozsoran səni təcübləndirəcək. Gəl, bir yerdə “ağıllı süpürgə” cihazını araşdıraq.
Niyə Dyson tozsoranı seçməlisən?
Dyson ev tozsoran demək olar ki, bir mühəndislik möcüzəsidir. Əgər hələ də tərəddüd edirsənsə, bu üstünlükləri fikrini dəyişəcək:
-
-
Görünməyən gör : Heç təmizlədiyin döşəməyə baxıb "artıq tərtəmizdir" demisən? Dyson V15 Detect seriyasında olan modellərin yaşıl lazer işığı adi gözlə görünməyən ən mikroskopik tozları belə aşkar edir.
-
İkisi birinndə: Dyson V15s Detect Submarine modeli xüsusi yaş təmizləmə başlığı ilə gəlir. Bu o deməkdir ki, bir cihazla həm süpürürsən, həm də döşəməni ləkələrdən təmizləyirsən. İki işi bir dəfəyə görmək vaxtına qənaət deyilmi?
-
Güclü filtrasiya: Toza qarşı allergiyan var? O zaman HEPA filtrasiya sistemi sənin xilaskarın olacaq. Dyson-un filtr sistemi o qədər güclüdür ki, havada uçan ən xırda tozu belə tutur.
-
Dyson-un sirri: Texniki üstünlükləri
Tozsoran Dyson alarkən sən rahatlıq və evində təmiz hava əldə edirsən:
-
-
Root Cyclone: Dyson-un patentli siklon texnologiyası tozu havadan sürətlə ayırır. Toz qabı dolmağa başlasa belə sorma gücü heç vaxt azalmır.
-
Torbasız dizayn: Artıq torba almaq dərdin olmayacaq. Toz toplayan konteyner bir düymə ilə, əlini çirkləndirmədən boşaldılır.
-
Aksessuar zənginliyi: Hər bir paketdə xalçalar, sərt döşəmələr, dar künclər və mebellər üçün fərqli aksessuar dəstləri olur.
-
Ağıllı LCD Ekran: Ekranda sənə neçə dəqiqəlik şarj qaldığını və hansı ölçüdə hissəcikləri təmizlədiyini göstərir.
-
Hansı Dyson sənə uyğundur?
Azərbaycanda Dyson brendinin məhsuları geniş çeşiddə təqdim olunub. Kontakt.az-dakı modellər arasında seçim etmək çətin görünə bilər, amma hər şey sənin ehtiyacından asılıdır:
-
-
Dyson Gen5 Detect: Dyson ailəsinin ən güclü modellərindən biridir. Maksimum güc istəyirsənsə və toza qarşı allergiyan varsa seçimin bu olmalıdır.
-
Dyson V16 Piston Animal: Evində sevimli dostların (pişik, it) varsa, bu model tüklərlə mübarizədə 1 nömrədir.
-
Dyson PencilVac: Kiçik mənzillər və ya çevik təmizlik üçün ən yüngül və praktik Dyson ev tozsoran seçimidir.
-
Dyson V15S Detect Absolute: Əgər evin sahəsi böyükdürsə və sən maksimum güc axtarırsansa, V15 əla seçimdir. O, tozun miqdarını analiz edir və lazım gələndə sorma gücünü avtomatik artırır.
-
Dyson tozsoranlar üçün ödədiyin məbləğ digərlərindən fərqli ola bilər. Lakin 10 ildən çox xidmət edəcək bir cihaz almaq daha sərfəlidir. Qiyməti müəyyən edən əsas amillər batareya ömrü, sorma gücü və qutuya daxil olan başlıqların sayıdır.
Nəticə
Təmizlik sənin üçün çətin olmamalıdır. Dyson naqilsiz tozsoran ilə evini cəmi 15-20 dəqiqəyə ideal vəziyyətə gətirə bilərsən. Bakının tozlu küləklərindən sonra evdə əsl təmizliyi hiss etmək istəyirsənsə, seçimini indi et.