*6060
Aylıq Ödəniş
--
svg-icon-cart
Kataloq

Bosch tozsoranları

Bosch tozsoran: Evində təmizlik rahatlığına hazırsan?

Hər birimiz istəyirik ki, evimiz hər zaman tərtəmiz olsun, amma təmizlik prosesi bəzən çox yorucu ola bilər. Xüsusilə köhnə, ağır və zəif sorma gücü olan tozsoranla divanların altını, künc-bucağı təmizləməyə çalışmaq əsl baş ağrısıdır. Toz qalxır, şnur hər yerə ilişir və sən yorulusan. Ev təmizliyini sürətli və rahat bir prosesə çevirmək istəyirsənsə, Bosch tozsoran modelləri tam sənin axtardığın həlldir.

Güc və performans: Texnoloji üstünlükləri

Bosch-u digır brendlərdən fərqləndirən onun müxtəlif texniki üstünlükləridir:

    • HEPA Filtr: HEPA filtr  havada olan ən kiçik toz hissəciklərini belə təmizləyir. Allergiyası olanlar üçün əvəzolunmazdır.

    • SmartSensor Control: Əgər filtr dolmağa başlayıbsa və ya hava axını azalıbsa, sensor bunu dərhal hiss edir. 

    • MicroClean: Ən son Unlimited 10 modellərində olan bu texnologiya səthin təmizləndiyini sənə vizual olaraq göstərir və gözlə belə görmədiyin toz hissəciklərinin 99.9%-ni tutur.

Əgər sənin üçün tozsoranın gücü hər şeydən önəmlidirsə, tozsoran Bosch BGS21POW2 modeli tam sənlikdir. Xüsusilə evində ev heyvanı saxlayırsansa və ya qalın xalçaların varsa bu cihaz sənin əsl xilaskarındır.

Hava axını və filtrləmədə mükəmməllik

Tozsoran işləyərkən otağa ağır qoxu və toz yayılmasından bezmisən? Bosch bu problemi kökündən həll edir:

    • Power AirCycle texnologiyası: Üçqat hava sirkulyasiyası sayəsində toz havadan elə effektiv ayrılır ki, hətta konteyner dolsa belə, sorma gücü qətiyyən azalmır.

    • RotationClean: Filtrləri yumaq dərdi bitdi! Sadəcə fırlatma hərəkəti ilə daxili tozu təmizləyə bilərsən. Bu, həm vaxtına qənaətdir, həm də cihazın ömrünü uzadır.

Naqilsiz model və ağıllı rejimlər

Əgər seçimin naqilsiz süpürgə (məsələn, BCS711PET) olsa, səni tamamilə fərqli bir təcrübə gözləyir:

    • Auto Mode: Bosch naqilsiz tozsoran modeli özü təyin edir ki, sən hazırda xalçanı, yoxsa parketi süpürürsən. Gücü avtomatik nizamlayaraq həm batareyanı qoruyur, həm də mükəmməl nəticə verir.

    • Turbo Mode: Çətin kirlər və qalın xalçalar üçün bir toxunuşla maksimum gücə keçə bilərsən.

    • Şarj: Tez dolan şarj ilə təmizlik artıq yorucu bir iş deyil, zövqə çevrilir.

Bosch tozsoran seçərkən nələrə diqqət etməlisən?

Seçim etmək həmişə çətindir, amma bu suallar sənə kömək edəcək:

    • Evinin sahəsi nə qədərdir? Böyük evlər və qalın xalçalar üçün şnurlu, yüksək güclü modellər (məsələn, BGS21POW2) daha məqsədəuyğundur.

    • Toz toplama forması necə olsun? Konteynerli modellər daha müasir və qənaətcildir, torbalı modellər isə gigiyena baxımından bəzən daha üstün sayılır.

    • Aksessuar dəsti: Seçdiyin modelin içindən çıxan fırçalar (dar ucluqlu, yumşaq mebel üçün) təmizliyin keyfiyyətinə birbaşa təsir edir.

Bosch ev tozsoran modelinin qiyməti isə seçdiyin texniki xüsusiyyətlərə və cihazın növünə görə dəyişir. İster şnurlu siklon modelli, ister naqilsiz modellər olsun – Kontakt.az-da hər büdcəyə uyğun bir Bosch var.

Nəticə: Təmiz ev, sağlam ailə!

Boş vaxtını tozla mübarizəyə deyil, Bosch-un sənə qazandırdığı vaxtı özünə və sevdiklərinə sərf et. Düzgün seçilmiş tozsoran Bosch modelləri ilə evin hər zaman təravətli və təmiz qalacaq. Kontakt.az saytına daxıl olub sənə uyğun modeli rahatlıqla seçə bilərsən. İstədiyin məhsulu Bakı və ya Azərbaycanın digər bölgələrinə çatdırırıq.