*6060
Aylıq Ödəniş
--
svg-icon-cart
Kataloq

IPhone 17e - 2026-cı ilin əlçatan iPhone modelinin icmalı, xüsusiyyətləri, müqayisəsi və Azərbaycanda qiyməti

Məqalənin məzmunu

    iPhone 17e - 2026-cı ilin əlçatan iPhone modelinin icmalı, xüsusiyyətləri, müqayisəsi və Azərbaycanda qiyməti

    Əgər sən münasib qiymətli və aktual bir smartfon axtarırsansa, Apple iPhone 17e tam olaraq sənin ehtiyacın olan modeldir. 2026-cı ildə bu model iPhone 16e-ni əvəz edəcək və aktual iPhone seriyasında ən sərfəli qiymətə malik smartfon olacaq.

    iPhone 17e-in təqdimatı 4 mart 2026-cı ildə gözlənilir. Smartfon iPhone 11, 12 və ya köhnə SE modellərindən istifadə edənlər üçün nəzərdə tutulub. Əgər sənə kino səviyyəsində çəkmək üçün üç kameraya  və nəhəng ölçüdə olan iPhone 17 Pro Max modelinə ehtiyacın yoxdursa və sadəcə sürətli, zövqlü dizayna malik bir telefon istəyirsənsə - bu ideal və əlçatan seçimdir. Bu məqalədə sən iPhone 17e-nin qısa icmalı ilə tanış olacaqsan. 

    iPhone 17e: Necə modeldir və kimlər üçün uyğundur

    Smartfon professional funksiyalar üçün artıq pul ödəmədən Apple ekosisteminə qoşulmaq istəyənlər üçün balanslaşdırılmış bir həll kimi mövqeləndirilir. Vizual olaraq Apple iPhone 17e nəhayət "ənənəvi mirasından" imtina edəcək. Ənənəvi “kəsimi” (notch) yerinə Dynamic Island (qara həb formalı interaktiv sahədir) gələcək.

    Dizayn və korpus - materiallar, ölçülər və gözlənilən rənglər 

    Gözlənilir ki, iPhone 17e əvvəlki 16e modelinin kimi kiçik və rahat ölçülərdə olacaq:

      • Çərçivə: Aviasiya sənayesində istifadə olunan alüminiumdan hazırlanıb.

      • Ön panel: Cızıqlara və zərbələrə qarşı davamlı Ceramic Shield şüşəsi.

      • Arxa panel: MagSafe maqnit enerjidoldurma sistemi üçün optimallaşdırılmış hamar şüşə.

      • Qorunma: IP68 standartı (tozdan və sudan qorunma) gözlənilir.

    Cihazın ölçüləri iPhone 16 ilə demək olar ki, eyni qalacaq ki, bu da onu 2026-cı il seriyasının ən yığcam modeli edir:

      • Ölçü: 146.7 x 71.5 x 7.8 mm.

      • Çəki: Təxminən 167 qram.

      • Ekran: 6.1 düymlük OLED ekran - əvvəlki nəsillərlə müqayisədə daha nazik.

    Flaqmanın baza rəngləri ilə yanaşı, məşur Lavanda (Lavender) rənginin də təqdim olunacağı gözlənilir.

    iPhone 17e ekranı: displey xüsusiyyətləri və üst modellərdən fərqləri

    Ekran Apple-ın “büdcə modeli” ilə flaqman modellər arasında aydın fərq qoyduğu əsas sahədir. O, iphone 17 seriyanın üstün modelləri ilə müqayisədə nəzərəçarpacaq dərəcədə sadələşdirilib:

    Xüsusiyyət

    iPhone 17e

    iPhone 17 (Baza)

    iPhone 17 Pro

    Diaqonal

    6.1"

    6.3"

    6.3"

    Yenilənmə tezliyi

    60 Hz

    120 Hz (ProMotion)

    120 Hz (ProMotion)

    Maksimal parlaqlıq

    1200 nit

    3000 nit

    3000 nit

    Always-On Display

    Yoxdur

    Var

    Var

    İnteraktiv sahə

    Dynamic Island

    Dynamic Island

    Dynamic Island

    iPhone 17e modelində keyfiyyətli OLED displey quraşdırılıb. Bu müasir OLED texnologiyası dərin qara rəng və canlı təsvir təmin edir.

    Məhsuldarlıq və Apple A-seriyalı prosessoru – uzun illər üçün güc ehtiyatı 

    Gözlənilir ki, iPhone 17e təkmilləşdirilmiş 3 nanometrlik (N3P) TSMC texnoloji prosesi əsasında hazırlanmış ən yeni Apple A19 çipi ilə təchiz ediləcək. Bu, ciddi məhsuldarlıq artımı deməkdir.

      • Operativ yaddaş (8 GB): Apple Intelligence funksiyalarının tam işləməsi üçün 8 GB RAM nəzərdə tutulur və bu smartfonun 5-6 il aktual qalmasını təmin edir.

      • Qrafika və oyunlar: A19 çipi App Store-dakı istənilən müasir oyunu yüksək tənzimləmələrdə işlətməyə imkan verəcək.

      • Neyron mühərriki (Neural Engine): Yenilənmiş süni İntellekt bloku mürəkkəb sorğuları birbaşa cihazın daxilində (lokal) sürətlə emal etməyə şərait yaradacaq.

    iPhone 17e kameraları – əlçatan iPhone-un foto və video imkanları

    Yalnız bir əsas obyektivin olmasına baxmayaraq, iPhone 17e sənə keçmiş illərin baza flaqmanlarına yaxın çəkiliş keyfiyyəti təqdim edəcək:

      • 48 MP: Əsas Fusion sensoru sənə ultra-aydın şəkillər çəkməyə və onları 24 MP və ya 48 MP formatında saxlamağa imkan verəcək.

      • 2x optik zum: 48 meqapiksellik matrisanın mərkəzi hissəsinin kəsilməsi (crop) funksiyası sayəsində smartfon keyfiyyət itkisi olmadan 2 qat yaxınlaşdırma ilə şəkillər çəkə biləcək.

      • Stabilizasiya və fokus: Optik təsvir stabilizasiyası (OIS) və Focus Pixels texnologiyasının dəstəyi gözlənilir.

      • Ön kamera: Şayiələrə görə ön kamera 18 MP-ə qədər yenilənə bilər. Həmçinin videozənglər zamanı səni kadrın mərkəzində saxlayan Center Stage funksiyası da gözlənilir.

    A19 prosessoru əvvəllər büdcəli modellərdə olan video rejimlərini dəstəkləyəcək:

      • 4K Dolby Vision: Saniyədə 60 kadr tezliyi ilə yüksək dinamik diapazonlu video çəkilişi.

      • Kinematoqrafik rejim: 4K təsvir ölçüsündə bədii arxa fon bulanıqlığı ilə video dəstəyi.

      • Apple Intelligence: Şəkillərdən artıq obyektləri bir toxunuşla silməyə imkan verən Clean Up kimi ağıllı redaktə alətləri.

    Nə olmayacaq? Ultra-geniş bucaqlı obyektiv. Əgər sən yaxın məsafədən böyük binaları və ya dağ panoramlarını çəkməyi sevirsənsə, digər modellərə nəzər salmalı olacaqsan.

    Avtonomluq və enerji doldurma 

    Gözlənilir ki, iPhone 17e Apple-ın 2026-cı il xəttində iş müddəti və qiymət nisbətinə görə ən yaxşı təkliflərdən biri olacaq. 60 Hz ekran və enerjiyə qənaət edən A19 prosessoru sayəsində iPhone 17e ən uzunömürlü kompakt iPhone-lardan biri ola bilər. 4005 mAh tutumlu batareya və optimallaşdırma sənə 30 saata qədər fasiləsiz video izləmə imkanı verəcək.

    "E" seriyasına MagSafe qayıdır! Sən yenidən maqnitli çexolardan və 25 Vt-a qədər simsiz şarj cihazlarından istifadə edə biləcəksən.

    iOS, yenilənmələr və Apple Intelligence 

    iPhone 17e iOS 19 əməliyyat sistemi ilə satışa çıxacaq. 8 GB RAM sayəsində sən Apple Intelligence-in tam paketini əldə edəcəksən. Bu bizə nə verir:

      • Siri 2.0: Nitqdəki fasilələri başa düşür, yazışmaların kontekstini nəzərə alır və tətbiqlər daxilində hərəkətlər yerinə yetirə bilir.

      • Writing Tools: Mətnlərin avtomatik yoxlanılması və yazı üslubunun dəyişdirilməsi.

      • Clean Up (fotolarda): Şəkildəki artıq obyektlərin silinməsi.

    2026-cı ildə iPhone 17e-ni almaqla sən böyük bir aktuallıq ehtiyatı qazanırsan:

      • Əməliyyat sistemi: Smartfon iOS 19 ilə təqdim olunacaq.

      • Yenilənmələr: Apple ən azı 6-7 il ərzində yenilənmələri təmin edəcək.

    Yaddaş həcmi və versiyalar: Hansı konfiqurasiyanı seçməli?

    128 GB, 256 GB və 512 GB-lıq yaddaş növlərinin olacağı gözlənilir. Operativ yaddaş bütün seriyada 8 GB olacaq.

      • 128 GB: Əgər kontent yaratmırsansa və iCloud-dan aktiv istifadə edirsənsə, kifayətdir.

      • 256 GB: Oyunlar və media kitabxanası üçün kifayət qədər yer təmin edir.

      • 512 GB: Əgər çoxlu 4K video çəkirisənsə və illərlə yaddaş təmizləmək istəmirsənsə.

    Texniki xüsusiyyətlərin xülasəsi

     Bütün iPhone 17e konfiqurasiyaları bu ortaq xüsusiyyətlərə malik olacaq:

      • Prosessor: Apple A19.

      • Operativ yaddaş: 8 GB.

      • Displey: 6.1 düymlük OLED (60 Hz).

      • Kamera: 48 MP əsas və 18 MP ön kamera (ehtimal olunan).

    iPhone 17e-nin Azərbaycanda qiyməti və mövqeləndirilməsi

    Azərbaycanda iPhone 17e-nin qiyməti yaddaş həcmindən asılı olaraq təxminən 1700-2000 Azn civarında ola bilər. Bu, onu A19 çipi və 8 GB RAM-a malik ən əlçatan cihaz edir.

    Büdcəli iPhone 2026, Apple ekosistemi və uzunmüddətli dəstək istəyirsənsə Android sub-flaqmanlarına ideal alternativ olacaq. Əsas hədəf - minimum qiymətə süni intellektə (AI) girişdir. Qiymətlər dəyişə bilər, ona görə də ən son məlumat və ön sifarişlər üçün Kontakt.az saytını izləməyin tövsiyə olunur.

    iPhone 17e vs iPhone 16, SE və Android - alternativlərin müqayisəsi

    Əgər sən bir neçə model arasında seçim edirsənsə, iPhone 17e-nin rəqiblərinə nəzər sal:

    Xüsusiyyət

    iPhone 17e

    iPhone 16

    iPhone SE 4

    Android (Galaxy S25)

    Prosessor

    A19

    A18

    A18

    SD 8 Gen 4

    Ekran

    60 Hz OLED

    60 Hz OLED

    60 Hz OLED

    120 Hz LTPO

    Kameralar

    1 (48 MP)

    2 (48+12 MP)

    1 (48 MP)

    3 (zum obyektivi ilə)

    MagSafe

    Bəli

    Bəli

    Qi (Maqnitsiz)

    Qi (Maqnitsiz)

    Süni İntellekt (AI)

    Tam dəstək

    Tam dəstək

    Qismən dəstək

    Tam dəstək

    iPhone 17e-nin üstünlükləri və zəyif tərəfləri - qısa icmal 

    Gəl, iPhone 17e-nin xüsusiyyətlərini rahat bir cədvəldə müqayisə edərək nəticə çıxaraq:

    Müsbət tərəfləri

    Mənfi tərəfləri

    Ən güclü A19 çipi

    60 Hz ekran

    Apple Intelligence - bütün süni intellekt (AI) funksiyalarına tam dəstək

    Tək kamera

    Möhtəşəm avtonomluq - 30 saata qədər video izləmə imkanı

    Always-On displey yoxdur

    Dynamic Island və MagSafe

    Yavaş enerji doldurma

    Nəticə: 2026-cı ildə iPhone 17e-ni gözləməyə dəyərmi?

    iPhone 17e büdcəyə uyğun ideal  modeldir. Apple elə bir balans yaradıb ki, sən özünü “büdcə modeli” smartfon sahibi kimi hiss etməyəsən: flaqman səviyyəli prosessor, Dynamic Island ilə yeni dizayn və tam süni intellekt funksiyaları. Cihazın renderləri (dizayn təsvirləri) heç də flaqmanlardan geri qalmır.

    Əgər sənin prioritetlərin sürət, kompaktlıq və ən azı 5 il etibarlı istifadədirsə, iPhone 17e sənin üçün ən doğru seçimlərdən biridir. Orijinal smartfonu Kontakt mağazalarından və ya sayt vasitəsilə bir kliklə əldə etmək mümkün olacaq.

    Sizin üçün maraqlı ola bilər