2026-cı ilin top Airfryer modellərinin icmalı və seçim üçün tövsiyələr
Bayramlar bitdi, indi isə sağlam qidalanmaq və mətbəxdə daha az vaxt keçirmək vaxtıdır. Airfryer yemək hazırlama prosesini asanlaşdırır, yağsız qızartmağa imkan verir və bişirmə zamanı davamlı nəzarət tələb etmir. Sadəcə məhsulları səbətinə yerləşdir, proqramı işə sal və öz işlərinlə məşğul ol - faydalı şam yeməyi hazır olacaq.
Gəl bir yerdə araşdıraq, niyə 2026-cı ilin ən yaxşı airfryer modellərinin icmalı blinçik reseptlərindən daha çox axtarılır. Əlavə olaraq bu bloqda dadlı yeməklər hazırlayan modeli necə seçmək olar sualına cavab tapacayıq.
2026-cı ildə Airfryer niyə məşhurlaşdı
Müasir mətbəx artıq sadəcə yemək hazırlanan yer deyil. Biz az vaxt sərf edib yaxşı nəticə əldə etmək istəyirik. Bu cihazların populyarlığı vaxtımıza və yeməyin keyfiyyətinə daha çox dəyər verməyimizlə izah olunur.
Airfryer - sağlam qidalanma deməkdir. Məhsulu yerləşdirirsən və rejimi seçirsən, 15-20 dəqiqə ərzində restoran yeməyi kimi bir təam əldə edirsən. Əsas özəlliyi - artıq yağ istifadə etmədən ev şəraitində yeməyi hazırlama imkanı. Böyük ailə üçün bu cihaz ideal həlldir. Kompaktlığı və yüksək qızma sürəti onu sobadan daha səmərəli edir.

İş prinsipi və texnologiyalar
Airfryer - güclü konveksiya prinsipi ilə işləyən yüksək texnologiyalı elektrik cihazıdır. Kameranın içində qızdırıcı element və isti havanı böyük sürətlə dövr etdirən ventilyator gizlənib. Bu texnologiyalar məhsulu hər tərəfdən eyni vaxtda bişirməyə imkan verir.
2026-cı ilin innovasiyaları havanın elə sirkulyasiyasını təmin edir ki, məhsulun təbii şirəliliyi daxilində qalır üst hissəsində isə xırtıldayan qat yaranır. Proses bərabər şəkildə gedir: toyuq, ət və ya balıq məhsulları qurumur, əksinə mükəmməl bişir.
Airfryer-in əsas funksiyaları
Müasir Airfryer mətbəx üçün əsl tapıntıdır. Cihazın funksiyaları bunlardır:
-
-
Çox yağ istifadə etmədən qızartma.
-
Bişirmə: kekslərdən tutmuş bütöv toyuq ətinə qədər.
-
Grill: iştahaaçan dadlı steyklər.
-
Dehidratasiya: faydalı tərəvəz çipsləri hazırlayın və ya meyvələri qurudun.
-
Avtomatik proqramlar: quraşdırılmış taymer və hər məhsul növü üçün dəqiq müəyyən edilmiş temperatur səni artıq qayğılardan azad edir.
-
Üstünlüklər və məhdudiyyətlər
Üstünlüklər:
-
-
Vaxta qənaət: hazırlıq prosesi sobaya nisbətən 1.5-2 dəfə daha az vaxt aparır.
-
Fayda: sağlam qidalanmaq artıq çətin deyil.
-
Asan qulluq: təmizləmə bir neçə dəqiqə çəkir, çıxarılan hissələr isə qabyuyan maşın üçün uyğundur.
-
Komfort: cihaz isti yay günlərində mətbəxi qızdırmayacaq.
-
Məhdudiyyətlər:
-
-
Büdcəli modellərdə həcmin məhdud olması. Əgər 5-6 nəfərlik böyük ailəniz varsa, standart səbətin həcmi bir dövrə üçün kifayət etməyə bilər və iki dəfəyə hazırlamaq lazım gələcək.
-
Mətbəxdə yeni cihaz üçün yer tələb olunur.
-

Ev üçün Airfryer necə seçilməlidir
Ev üçün hansı Airfryer seçəcəyinə qərar verməzdən əvvəl bir neçə məqamı müəyyənləşdir:
-
-
Həcmi: Bir nəfər və ya cütlük üçün 3-4 litrlik kompakt modellər uyğundur. Əgər böyük ailən varsa, 6–8 litrlik modellər axtarın.
-
Güc: Güc nə qədər yüksəkdirsə, cihaz bir o qədər tez qızacaq.
-
İdarəetmə: Sensorlu displeylər daha çox çeviklik təklif edir, mexaniki tənzimləmə isə sadəliyi sevənlər üçündür.
-
Aksesuarlar: İkinci mərtəbə üçün rəflərin mövcudluğunu yoxla.
-
Şüşəli dizaynı olan modellər çox rahatdır, çünki yeməyin hazır olub-olmadığını yoxlamaq üçün səbəti çıxarmağa ehtiyac qalmır.
2026-cı ilin top Airfryer modelləri
Reytinqimizdə etibarlılığı, müasir texnologiyaları və münasib qiyməti özündə birləşdirən modellər əks olunub.
-
-
Tefal Dual Easy Fry Flex - çevik innovasiya. Çıxarılan arakəsməsi bir böyük səbəti iki kiçik səbətə çevirir. Ət və qarniri eyni vaxtda hazırlamaq üçün idealdır.
-
Philips NA350/00 - Airfryeri faktiki olaraq kəşf edən brenddən etibarlı seçim. Model möhtəşəm erqonomikası və səssiz işləməsi ilə seçilir.
-
Tefal Easy Fry & Grill XXL - steyk sevirsənsə bu model ideal seçimdir. Komplektasiyaya qril üçün rəflər daxildir.
-
Dreame AF30 - şüşəli dizayn və texnoloji cihaz. Müasir mətbəxə mükəmməl uyğunlaşacaq.
-
Ninja AF100EU - maksimum xırtıldıya zəmanət verən, çox güclü hava axını və davamlılığı ilə tanınan cihaz.
-
Xiaomi Smart Pro - smartfon vasitəsilə idarə olunan ən yaxşı büdcəli Xiaomi fritozlarıdır. Tətbiq vasitəsilə idarə olunur, lakonik dizayna malikdir və kiçik porsiyalar hazırlamaq üçün idealdır.
-
Məşhur modellərin müqayisəsi
Seçim etməyin daha asan olsun deyə biz məşhur fritozların əsas xüsusiyyətləri üzrə müqayisəli cədvəl hazırladıq.
|
Parametr |
TEFAL Dual Easy Fry Flex |
TEFAL Easy Fry & Grill XXL |
Dreame AF30 (Tasti) |
Ninja AF100EU |
Xiaomi Smart Pro (4L) |
Philips NA350/00 |
|
Güc (Vt) |
2700 |
1830 |
2300 |
1550 |
1600 |
2700 |
|
Həcm (l) |
9 |
6.5 |
7 |
3.8 |
4 |
9 |
|
İdarəetmə |
Elektron |
Elektron |
Elektron |
Elektromex. |
Elektron (Wi-Fi) |
Elektron |
|
Material |
Plastik |
Plastik |
Plastik |
Keramika |
Alüminium |
Metal |
|
Proqram sayı |
7 |
8 |
12 |
5 |
11 |
8 |
Məsləhətlər və reseptlər
İlk təcrübənin uğurlu olması üçün bir neçə məlumatı yadda saxla.
-
-
Öncədən isitmə: Təlimatda yazılmasa belə, yeməyi qoymazdan əvvəl cihazı 3 dəqiqə maksimum temperaturda işlət.
-
Yağ spreyi: Yağı şüşədən tökmək üçün püskürdücü istifadə et.
-
Silkələmə: Bişirmə zamanı cihaz adətən səsli siqnal verir. Onu görməzdən gəlmə. Səbəti silkələ ki, qızartma hər tərəfdən eyni getsin.
-
Perqament və folqa: İstifadə etmək olar, lakin səbətin bütün dibini örtməyin - havanın sirkulyasiyası üçün boşluq lazımdır, əks halda məhsulun altı qızarmış deyil, bişmiş olacaq.
-
Airfryer də şirəli toyuq qanadlarını bişirə bilərsən: onları 30 dəqiqə soya sousu və ədviyyatlarda marinat et, sonra 200°C-də 15-18 dəqiqə bişir. Tərəvəzlər 10 dəqiqəyə ideal qarnirə çevrilir. Balıq 180°C-də cəmi 10 dəqiqəyə inanılmaz dərəcədə ləzzətli alınır. Hətta adi dondurulmuş yarımfabrikatlar Airfryerdə mikrodalğalı soba və ya tavaya nisbətən daha dadlı olur. Ballı və qozlu bişmiş alma desertləri sən çay dəmləyənə qədər hazır olacaq.

Azərbaycanda qiymətlər və mövcudluq
Azərbaycanda geniş texnika seçimi var və Airfryerin qiyməti brenddən və funksiyalar dəstindən asılıdır. Kontakt.az saytında Xiaomi kimi büdcəli modellər 150-220 Azn qiymət aralığında təqdim olunub.
Orta seqmentin qiyməti (Ninja, Dreame) 250-380 Azn arasında dəyişir. Böyük tutumlu və iki bölməsi olan premium modellər isə (Tefal, Philips) 400 Azn-dən başlayır. Kontakt.az kataloquna keçid edərək, modellərin aktual qiymətlərini və xüsusiyyətlərin ətraflı icmalını tapa bilərsən.
Tez-tez verilən suallar (FAQ)
-
-
Ailə üçün düzgün həcmi necə seçməli? Cütlük üçün 3-4 litr kifayətdir. 3-4 nəfərlik ailə üçün isə 5-6 litr optimaldır. Əgər ailədə 4 nəfərdən çoxdursa, 8 litrdən başlayan və ya iki səbətli modelləri axtarın.
-
Hansı aksesuarlar lazım olacaq? Silikon altlıqlar və ya deşikli perqament təmizliyi asanlaşdırır. Metal rəflər iki mərtəbədə bişirməyə imkan verir, silikon ucluqlu maşalar isə örtüyü cızmamağa kömək edəcək.
-
Airfryer-i necə yumaq olar? Soyuduqdan sonra səbəti və rəfləri çıxarın. Onları 10 dəqiqə ilıq, yumşaq yuyucu vasitə əlavə edilmiş suda saxlayın, sonra süngərlə silin. Müasir modellərin əksər çıxarılan hissələri qabyuyan maşınlar üçün uyğundur.
-
Yağa qənaət edirmi? Bəli, intensiv hava axını sayəsində məhsulun özündəki artıq yağ altındakı altlığa süzülür, xırtıldayan üst üçün isə cəmi bir damcı yağ kifayətdir.
-
AirFryer üçün ən yaxşı məhsullar hansılardır? Toyuq qanadları, kartof-fri, naqqetslər, steyklər, balıq, qril tərəvəzlər və hətta şirniyyatlar bu cihaz üçün ideal seçimdir.
-
Nəticələr və tövsiyələr
2026-cı ildə Airfryer sadəcə dəbli bir cihaz deyil, real rahatlıqdır. Cihaz vaxta qənaət edir, sağlamlığı qoruyur və adi yemək hazırlığını zövqə çevirir. Əgər sən texnologiyaları dəyərləndirirsənsə və düzgün qidalanmaq istəyirsənsə, bu cihaz mətbəxdə sənin sevimli köməkçin olacaq.
Əgər böyük ailən varsa, Tefal Dual Easy Fry Flex və ya Philips NA350/00 modelləri əla seçim olacaq. Əgər sənə kompaktlıq və üslub vacibdirsə - Xiaomi və ya Dreame-yə diqqət yetir. Əsas odur ki, həcmi müəyyənləşdir və reseptlərlə eksperiment etməkdən qorxma.