*6060
Aylıq Ödəniş
--
svg-icon-cart
Kataloq

2026-cı ilin top 7 robot tozsoran modelləri

Məqalənin məzmunu

    2026-cı ilin top 7 robot tozsoran modelləri

    Müasir robot tozsoran modelləri artıq sadəcə tozu toplamır, onlar döşəmələri su ilə tam şəkildə yuyur, fırçaları tüklərdən təmizləyir və hətta bakteriyaların yaranmaması üçün öz salfetlərini qurudur. Əgər sən hələ də istirahət günlərini ev təmizliyinə həsr edirsənsə, bu işləri robot tozsorana həvalə etməyin vaxtı gəlib çatıb. Bu bloqda biz, düzgün robot tozsoranı seçim etməyin üçün, cihazın sorma gücündən tutmuş intellektual naviqasiyaya qədər bütün əsas parametrləri təhlil etdik.

    Robot tozsoran 2026: kimlər üçün lazımdır və nələr dəyişib

    Müasir həyat tərzinə görə ev işlərinə çox az vaxt qalır. Robot tozsoran - sənin təmizlik prosesini sürətləndirən və rahatlaşdıran təmizlik stansiyasıdır. Əgər sən asudə vaxtını qiymətləndirirsənsə və hər gün çox vaxt sərf etmədən ideal təmizlik saxlamaq istəyirsənsə, cihaz əvəzedilməz köməkçin olacaq.

    2026-cı il modellərinin əsas fərqi - adi şarj bazalarından çoxfunksiyalı özünü təmizləmə stansiyalarına keçiddir. Cihazın müasir işinə yalnız toz toplamaq deyil, həm də salfetlərin qaynar su ilə yaxalanması, qurudulması və avtomatik yuyucu vasitə əlavə edilməsi daxildir.

    Robot tozsoranı necə seçməli - 5 əsas seçim meyarı

    Səni tam qanə edəcək cihaz seçmək üçün dizayna deyil, texniki xüsusiyyətlərə baxmağın vacibdir:

      • Sorma gücü: Bərk örtüklər üçün 5000 Pa kifayətdir, lakin evdə xalça varsa, tozu effektiv şəkildə çəkmək üçün 10.000 Pa və daha yüksək gücə malik modelləri seç.

      • Nəm təmizləmə növü: 2026-cı ildə insanın əl hərəkətlərini təqlid edən fırlanan disklər və ya vibrasiyalı platformalar aktualdır. Keyfiyyətli nəm və quru təmizləmə dövrləri cihazın bir keçidlə istənilən səthi qaydaya salmasına imkan verir.

      • Avtonomluq: Böyük mənzilər üçün 5200 mAh-dan başlayan akkumulyator tutumu tələb olunur ki, şarj prosesi təmizliyi çox tez-tez yarıda kəsməsin.

      • İstifadəçi rahatlığı: Özünü təmizləmə stansiyası hər dövrdən sonra konteyneri boşaltmaq ehtiyacını aradan qaldırır.

      • Keçid qabiliyyəti: Korpusun bir neçə santimetrlik hündürlüyü cihaza çarpayının altına girməyə imkan verir, sensorlar isə yerdəki əşyaları və pilləkənləri müəyyən edir.

    Bu nüansları anlayaraq, sən öz ehtiyacına uyğun robot tozsoranı necə seçməli olduğunu başa düşəcəksən.

    LiDAR naviqasiyası yoxsa kamera: hansı sistem mənzil və ev üçün daha yaxşıdır

    Məkanda səmtləşmə sistemi tozsoranın nə dərəcədə ağıllı olacağını müəyyən edir. LiDAR (lazer məsafəölçəni) - qızıl standartdır. O, otağı 360 dərəcə skan edir, qaranlıqda mükəmməl işləyir və dəqiq xəritələr qurur. Bu, mürəkkəb planlı mənzillər üçün ən yaxşı robot tozsorandır. 

    Robot qarşısında tərliyin və ya kabelərin olduğunu anlayır və onlardan ehtiyatla yan keçir. Ən qabaqcıl modellər hər iki texnologiyanı birləşdirərək maksimum təhlükəsizlik səviyyəsini təmin edir.

    Özünü təmizləmə stansiyası yoxsa adi baza: nə seçmək lazımdır 

    Adi baza cihazı yalnız şarj edir, lakin böyük mənzilərdə daimi əllə təmizləmə tez bir zamanda bezdirici ola bilər. Özünü təmizləmə stansiyası böyük evlərdə və ev heyvanlarının yaşadığı mənzillərdə özünü doğruldur. Cihaz tozu avtomatik olaraq 1.5–2 ay kifayət edən torbaya sovurur. Bundan əlavə, müasir bazalar salfeti yuyaraq xoşagəlməz qoxunun yaranmasının qarşısını alır.

    Xalça və ev heyvanı olan mənzil üçün robot tozsoran: hansı daha uyğun seçimdir

      • Model seçimi örtük növündən asılıdır. Evdə laminat və ya kafel üstünlük təşkil edirsə, nəm təmizləmənin keyfiyyətinə üstünlük ver.

      • Xalçalı otaqlar üçün salfetlərin qaldırılması və özünü təmizləmə funksiyası vacibdir.

      • Ev heyvanı saxlayırsansa tük və saçın dolanmasını azaldan silikon rulo fırçalı modelləri seç.

      • Kiçik əşiyaların tanıma sensoru texnikaya xırda maneələri görməyə imkan verir. 

    2026-cı ilin top 7 robot tozsoranı: ən yaxşı modellərin icmalı

    Aşağıda bu ilin lider robot tozsoran modellərinin detallı icmalını təqdim edirik. 

    Model

    Hədəf auditoriyası

    Əsas özəlliyi

    Gücü / Naviqasiya

    Nəyə diqqət etməli

    Roborock Saros Z70

    Alçaq mebelli mənzilər üçün

    Çox nazik korpus və gizli LiDAR

    22.000 Pa / Lazer

    Sensor panellə ehtiyatlı davranmaq lazımdır

    Roborock Saros 10

    Orta ölçülü mənzillər üçün

    Qiymət və premium funksiyaların balansı

    22.000 Pa / Sürətli şarj

    Turbo rejimdə yüksək səs səviyyəsi

    Dreame Aqua10 Ultra

    Uşaqlı ailələr üçün

    Ləkələri təmizləmək üçün aktiv rolik, nəm təmizləmə

    12.000 Pa / özünü təmizləməsi 

    Stansiya çox yer tutur

    Dreame Matrix10 Ultra

    Perfeksionistlər üçün

    Çirkin Aİ tərəfindən tanınması və ikiqat təmizləməsi

    30.000 Pa / Dəqiq xəritələr

    Müntəzəm PT yenilənmə ehtiyacı

    Dreame X60 Ultra

    Böyük ev və ev heyvanı sahibləri üçün

    Künclər üçün çıxan fırça və maks. komplektasiya

    12.000 Pa 

    Cihazın yüksək qiyməti

    Roborock S9 MaxV Ultra

    Etibarlı cihaz sevənlər üçün

    Videomüşahidə üçün daxili kamera

    22.000 Pa / Aİ-alqoritmləri

    Ağ rəngli tez çirklənən koprus

    Mova Z50 Ultra

    Sadə dizayn, ilk alış üçün

    Keyfiyyətli yığım və əlçatan qiymət

    19.000 Pa / Sadə idarəetmə

    Divarlara toxuna bilər

    Robot tozsoranların müqayisəsi: nəm təmizləmə, hündürlük və avtonomluq

    Hansı modelin sizə daha uyğun olduğunu tez müəyyən etmək üçün robot tozsoranları bir-biri ilə müqayisə etdik.

    Model

    Nəm təmizləmə növü

    Stansiya

    İş müddəti

    Roborock Saros Z70

    Vibro-platforma

    Özünü təmizləmə

    3 saata qədər

    Dreame Matrix10 Ultra

    Fırlanan disklər (mop)

    Tam dövr

    3 saata qədər

    Dreame X60 Ultra

    Fırlanan disklər (mop)

    Tam dövr

    3.5 saata qədər

    Roborock S9 MaxV

    Vibro-platforma

    Özünü təmizləmə

    3.5 saata qədər

    Mova Z50 Ultra

    Salfet

    Şarj

    2.2 saata qədər

    Tətbiq və ağıllı funksiyalar: xəritələr, qadağan olunmuş zonalar və təmizlik cədvəli

    Müasir cihazı smartfon vasitəsilə idarə etmək asandır. Tətbiqdə virtual baryer və ya divar qura bilərsən ki, cihaz ora daxil olmasın. Təmizlik cədvəli prosesi avtomatlaşdırmağa imkan verir: məsələn, təmizliyi işdə olduğun vaxta tənzimlə. Zonalar üzrə bölgü robotu yalnız mətbəxi və ya dəhlizi təmizləməyə imkan yaradır. İnteqrasiya ilə səslə komanda vermək olur.

    Tez-tez verilən suallar: xalçalar, internet və xidmət

      • Özünü təmizləmə stansiyası lazımdırmı? Özünü təmizləmə stansiyası lazımdır? Gündəlik tozla təmasda olmaq istəmirsinizsə bu funksiya vacibdir. Böyük sahələr üçün təmizləməni həqiqətən avtonom etmək üçün bu yeganə həlldir. 

      • Robot uzun saçların öhdəsindən necə gəlir? Müasir modellərdə dolanmanı minimuma endirən silikon vallar və ya fırçalar var. Lakin ayda bir dəfə fırçayanı yoxlamaq lazımdır.

      • İnternetə qoşulma funksiyası mütləqdirmi? İlk tənzimləmə və xəritə üçün internet mütləqdir. Şəbəkə olmadan tətbiq üzərindən idarəetməni itirəcəksən.

      • “Təmizlənməyən zonalar” necə işləyir? Tətbiqdə xəritə üzərində sadəcə düzbucaqlı sahə çəkirsiniz. Maneə sensoru və proqram alqoritmi cihazın bu sahəyə daxil olmasına imkan vermir.

      • Salfeti nə qədər tez-tez yumaq lazımdır? Yuma funksiyalı stansiya varsa hər dövrdən sonra təmizləməni avtomatik özü edir. Adi bazada isə sən hər təmizlikdən sonra özün yumalısan.

      • Döşəmə yuyaq üçün maye istifadə etmək olarmı? Yalnız istehsalçının tövsiyə etdiyi xüsusi vasitələr olar, adi sabun forsunkaları tuta bilər.

    2026-cı ildə hansı robot tozsoranı seçmək lazımdır

    İdeal robot tozsoran seçimi sənin mənzilindən asılıdır. Ev heyvanları və xalçalar olan böyük evlər üçün Dreame X60 Ultra və ya Roborock Saros Z70 ən yaxşı həlldir. Əgər məqsədin təmiz döşəmələrdirsə, Dreame Aqua10 Ultra modelinə diqqət yetir. 

    Kiçik mənzillər üçün Mova Z50 Ultra və ya Roborock Saros 10 kifayətdir. Unutma ki, stansiyanın nə qədər funksiaları çoxdursa, sən ev təmizliyinə bir o qədər az vaxt xərcləyəcəksən.

    Təmizliyi texnologiyalara həvalə etməyə hazırsan? Kontakt.az saytına keçid et və özün üçün ideal köməkçini seç.

    Sizin üçün maraqlı ola bilər