Bizdəki dərs otağın


Təhsil üçün yanındayıq, #yaxındayıq!
İlk addımlarımızı Quba, Bərdə, Göyçay, Masallı və Zaqatalada atdıq – mağazalarımızda məktəblilər üçün xüsusi “dərs otaqları” yaratdıq.
Artıq ucqar kəndlərdə yaşayan məktəblilərimiz də müasir imkanlardan kənarda qalmayacaq! Çünki notbuk, printer, Wi-Fi və digər ləvazimatlarla dolu bu zonalar tamamilə ödənişsiz şəkildə onları gözləyir.
Burada dərslərinə rahat hazırlaşacaq, araşdırmalar aparacaq və arzularına daha da yaxınlaşacaqlar.
Layihəmiz bizimlə yol gedən hər kəsin addımları ilə birlikdə daha da böyüyür. Yanımızda olan hər kəsə – xüsusilə də layihə tərəfdaşımız Caetano Distribution-a təşəkkür edirik