8 Mart kampaniyası
8 Mart kampaniyası - möhtəşəm endirimlər!
8 Mart kampaniyası yüksək faizli endirimlərlə gəlir. Xanımlar üçün təklif olunan smartfonlar, smart saatlar, ağıllı qolbaqlar, baxım məhsulları ... tək bir ünvanda. Xanımlar üçün hədiyyə seçimi etmək olduqca asandır. Həm texnoloji cihazlar, həmdə baxım məhsulları hədiyyə seçimləri sırasında yer alır. iPhone və Samsung S seriyalı smartfonlar, Apple, Samsung, Huawei istehsalı olan ağıllı saatlar, HP, Lenevo, Acer, Asus kimi markalara məxsus noutbuklar, Dyson, Babyliss. Remington, Philips, Braun kimi markaların istehsalı olan fenlər, müxtəlif növ mətbəx texnikaları, saç, üz, bədən üçün qulluq vasitələri 8 mart ərəfəsində satın alına biləcək ən gözəl məhsullardandır. Kontakt.az tərəfindən təşkil olunan 8 Mart kampaniyası sayəsində siz endirimli qiymətlərə bu hədiyyələrdən bəyəndiyinizi seçib sifariş verə bilərsiniz.
8 mart Beynəlxalq Qadınlar Günü haqqında.
8 mart Beynəlxalq Qadınlar Günü- nün tarixi bir qrup işçi qadının 12 saatlıq iş saatına etiraz etməsi ilə bağlıdır. Belə ki, bu hadisə 1857-ci ildə Nyu-Yorkda baş vermişdir. Alman sosialist qadın Klara Setkin 8 martın dünya qadınlar günü kimi qeyd edilməsi fikrini irəli sürmüş və 1910-cu ildə bu istəyinə nail ola bilmişdir. BMT bu günü qadın günü kimi rəsmiləşdirmiş, 1977-ci ildən etibarən dünyada ''Beynəlxalq Qadınlar Günü'' kimi qeyd edilməyə başlanılmışdır. Keçmiş SSRİ-də 8 Mart - Beynəlxalq Qadınlar Günü 1965-ci ildən istirahət günü elan olunmuşdur.
Ölkəmiz müstəqillik əldə etdikdən sonra da bu ənənə davam etmişdir. Hal-hazırda da hər il 8 mart qeyri-iş günüdür. Bu gün Azərbaycanın hər yerində əllərində çiçəklər, hədiyyələr olan insanlar görə bilərik. İnsanlar, xüsusilə bəylər müxtəlif peşə sahibi olan qadınlara, analara, qız övladlarına, həyat yoldaşlarına, sevdiyi şəxsə hədiyyələr verərək onların bayramını təbrik edirlər. Paytaxt Bakı daxil olmaqla bu özəl günün möhtəşəm abu-havasını bütün regionlarımızda duymaq olur.
Hədiyyə seçiminizi Kontakt.az-dan etsəniz, əsla məyusluq yaşamayacaqsınız! Kontakt-la qalın.