Büdcəli və keyfiyyətli smartfon əldə etmək istəyirsinizsə seçiminizi Xiaomi Poco M3 Pro 5G-də dayandıra bilərsiniz. Cihaz imkanlarına görə müştərilərimiz tərəfdən çox sevilir və ən çox satılan smartfon modellərinə aiddir.
Smartfon 6 GB operativ yaddaşa və 128 GB daxili yaddaşa sahibdir. MediaTek MT6833 Dimensity 700 prosessoru sayəsində smartfon çox çevikdir. İstənilən tətbiqlər sürətli yüklənir və işə salınır, video, şəkillər tez ötürülür. Cihaz ən populyar oyunları dəstəkləyir.
Smartfonun korpusu plastikdən hazırlanıb. Ölkəmizdə telefon iki rəngdə təqdim edilib: qara və mavi. Arxa paneldə kameralar bloku mövcuddur. Üzərində 48 mpx əsas kamera, 2 mpx dərinlik sensoru və 2 mpx makro kamera yerləşdirilib. Ön paneldə 8 mpx kamera var.
Korpusun üst hissəsində qulaqlıq üçün giriş və infraqırmızı port var. Alt hissədə mikrofon, USB Type-C girişi və dinamik yerləşdirilib. Yan korpusda NanoSIM və microSD kart üçün giriş var. MicroSD kart yerinə ikinci NanoSIM yerləşdirmək olar. Smartfonun yaddaşı sizə kifayət etməsə, microSD kart vasitəsilə əlavə 512 GB qədər yaddaş əldə edə bilərsiniz. Digər tərəfdə barmaq izi skaneri, güc və səs düymələri yerləşdirilib. Ön panel şüşədəndir və Gorilla Glass 3 ilə cızıqlardan qorunur.
Poco M3 Pro 5G 6.5 düymlü IPS LCD ekrana sahibdir. Ekran həlli 1080 x 2400. Displey aydındır və rəngləri canlı ötürür. Nəticədə kontent açıq havada və qaranlıq otaqda belə rahat oxunur.
Xiaomi Poco M3 Pro 5G ilkin ödənişsiz kreditlə almaq üçün Kontakt Home mağazalar şəbəkəsinə müraciət edin. Kontakt.az onlayn mağazamız vasitəsilə Xiaomi Poco M3 cəmi 1 klikə əldə etməyə tələsin!