Samsung Galaxy Tab A7 Lite istənilən videoların izlənilməsi üçün ideal ölçülərə sahibdir. Alüminiumdan hazırlanan korpus sayəsində planşet premium görünüşə sahibdir. Cihazı bir əllə rahat tuta bilərsiniz - Galaxy Tab A7 Lite cəmi 371 qram çəkiyə sahibdir.
8.7 düymlü ekranda hər bir kadr detallı və aydın təsvir edilib. Rənglər ekrana təbii ötürülür, nəticədə real görüntü əldə edilir. Cihaz 2 ədəd stereodinamiklə təchiz edilib. Daha dolğun və təmiz səs əldə etmək üçün Dolby Atmos texnologiyası mövcuddur. Sevdiyiniz filmləri qulaqlıq olmadan izləmək olar, çünki səsin keyfiyyətli ötürülməsi təmin edilir.
Galaxy Tab A7 Lite ilə eyni anda bir neçə tətbiqdən istifadə etmək olar. Mediatek MT8768T Helio P22T prosessor planşetin məhsuldarlığını təmin edir. Xəbər lentini oxuyub açılan kiçik pəncərədə YouTube tətbiqi ilə video izləyin. 3 GB operativ və 32 GB daxili yaddaş istənilən oyunların yüklənilməsini və məlumatlarınızın planşetdə saxlanılmasını mümkün edir. Təqdim edilən yaddaş kifayət etməsə yaddaş kartı vasitəsilə daha çox kontent saxlaya biləcəksiniz.
Ön paneldə yerləşən 2 meqapikselli kamera video zəng zamanı görüntünün dəqiq və aydın ötürülməsini təmin edir. Arxa paneldə 8 meqapikselli kamera mövcuddur. Əsas kamera avtofokusa sahibdir və saniyədə 30 kadr sürətilə Full HD formatında video çəkə bilir. 5100 mAh tutumlu batareya ilə Galaxy Tab A7 Lite modelinin enerjisi 2 gün standart istifadə üçün kifayət edir.