Bəzən gün ərzində gümrah qalmağınız üçün səhəri 1 fincan ətirli qəhvə ilə açmaq kifayətdir. Ən ləzzətli qəhvə içkisi isə təzə üyüdülmüş toxumlardan əldə edilir. Bu işdə sizə Delonghi KG210 qəhvəüyüdəni kömək edəcək. Keyfiyyətli korpus və paslanmayan poladdan hazırlanan bıçaqlar sayəsində cihazdan illər boyu istifadə edəcəksiniz.
Cihazın tutumu 90 qramdır. Bu isə 12 fincan dadlı içkinin hazırlanması üçün lazım olan miqdardır. Qəhvə ilə yanaşı cihaz vasitəsilə sevdiyiniz ədviyyatları və bitki otlarını üyüdə bilərsiniz. Beləliklə, yeməklərin hazırlanmasında da bu məhsul çox faydalıdır. Korpusun daxilində yerləşən qab çıxarılır. İstifadədən sonra onu su altında yaxalayıb qurutmağınız kifayətdir. Alt hissədə idarə etmə paneli yerləşir. Düymə vasitəsilə lazım olan fincan sayını seçin. Daha sonra qapağın üstünə basıb saxlayın və cihaz toxumları üyüdməyə başlayacaq. Paneldə yerləşən indikator arzu olunan üyüdmə dərəcəsini müəyyənləşdirməyə kömək edəcək.