Məhsul haqqında məlumat
SensiCare sisteminə malik nazık PerfectCare 600 paltaryuyan maşını yükləmənin elektrik enerjisinin və suyun qənaətli sərf edilməsini təmin edir və geyimlərin normadan artıq yuyulmasının qarşısını alaraq proqramın müddətini yükləmənin çəkisinə əsasən tənzimləyir. Bu da az miqdarlı yükləmələr üçün maksimal olaraq qənaətli sərfiyyat deməkdir. Eyni zamanda, cihazın yığcamlığı sayəsində onu lazım olan yerdə asanlıqla yerləşdirmək olur.
Geyimlər uzun müddət ərzində yeni kimi görünür*
SensiCare* sistemi yükləməyə uyğunlaşaraq normadan artıq yuyulmanın qarşısını alır. Bu da paltarın görünüşünü və formasını daha uzun müddət ərzində qorumaq, eləcə də su və elektrik enerjisinə qənaət etmək üçün imkan yaradır.
Hər bir lifə qayğı ilə
SoftPlus* sistemi çamaşırları öncədən isladır və bərabər paylayır. Bu da yumşaldıcıya hər bir lifə hopması üçün imkan yaradır və geyimləriniz daha uzun müddət ərzində yumşaq və təravətli qalır.
Buxarın əlavə edilməsi ilə allergenlərin məhv edilməsi
Anti-Allergy Vapour* sistemi isti buxarla intensiv yuma proqramını özündə birləşdirir. Nəticədə isə parça mikrob və allergenlərdən təmizlənir.
Əlavə güc sərf etmədən vaxta qənaət
EcoTimeManager sistemi elektrik enerjisinin əlavə sərf edilməsi barəsində düşünmədən yumanın müddətini tənzimləməyə imkan yaradır. Paltaryuyan maşını yuma dövriyyəsini nəzarət altında saxlayaraq elektrik enerjisinin minimal sərfiyyatını təmin edir.
Yığcam paltaryuyan maşın
Yığcam Electrolux maşını geyimlərinizin mükəmməl görünüşünü və formasını saxlayır. Onun dizaynı mətbəxdə yer qənaət edərək, adi ölçülərə malik paltaryuyan maşınların sığa bilməyəcəyi yerlərdə quraşdırılmanı mümkün edir. Cihazın yığcamlığı təmizliyin keyfiyyətinə təsir göstərməyəcək: sevdiyini geyimin hər bir yuyulmasında mükəmməl nəticələr əldə edilir.