Hər bir evin rahat ab-havası düzgün iqlim sistemindən başlayır. BOSCH B1ZMI24505 kondisioneri keyfiyyəti, münasib qiyməti və dəbli dizaynı ilə evinizə gözəllik qatacaq.
Cihaz iri sahələrdə istifadə üçün nəzərdə tutulub. Onun 24000 BTU gücü 70-80 m² sahəli otağı effektiv isidə və soyuda bilir. BOSCH B1ZMI24505 inverter tipli split sistemləri kateqoriyasına aiddir. Asan quraşdırılması sayəsində həm ev, həm ofis şəraitində rahat istifadə edilə bilər. Bütün split sistemlər kimi bu model iki blokdan ibarərdir. Daxili blok möhkəm plastikdən hazırlanıb və 32 x 102 x 24 sm ölçülərə sahibdir. Xarici blokun korpusu metaldandır. Xüsusi quruluşu sayəsində iqlim sisteminin sakit işləməsini təmin edir: kondisionerin səs səviyyəsi cəmi 47 dB-dir. Xarici blokun ölçüsü 84 x 70 x 36 sm-dir.
BOSCH B1ZMI24505 isitmə, soyutma, ventilyasiya və qurutma rejimlərində işləyir. Kondisionerdə insan sağlamlığı üçün təhlükəsiz olan R410A soyuducu maye istifadə edilib. R410A sayəsində cihaz otaqları effektiv soyuda bilir. Evinizdə rahat rütübətin yaradılmasını qurutma rejimi təmin edir. Qurutma rejimi havada olan artıq nəmi ləğv edir. Tavanda və otağın künçlərində yığılan isti və ya soyuq havanın bərabər paylanılması üçün ventilyasiya rejimini istifadə edin.
İnverter sayəsində cihaz təyin etdiyiniz temperaturu avtomatik olaraq saxlaya bilir. Əlavə olaraq taymer vasitəsilə split sisteminin yanma və sönmə vaxtını qeyd edə bilərsiniz.