iPhone 11 Green 12 meqapikselli kameralarla təchiz edilib. Sürətli A13 Bionic çipi və 4GB operativ yaddaşa sahibdir. 6.1 düymlü LDC ekran görüntünü mükəmməl təsvir edir.
Apple smartfonları mükəmməl görünüşü, daim artan məhsuldarlığı, keyfiyyətli kamera sistemi ilə istifadıçiləri tərəfindən sevilir. Qeyri-adi yaşıl rəngində təqdim edilən iPhone 11 Kontakt Home mağazalarında və saytında ən çox əldə edilən smartfonlar siyahısındadır.
Görünüş və Ekran
iPhone 11 modelinin gövdəsi keyfiyyətli materiallardan hazırlanıb. Korpus IP68 qorunma dərəcəsinə malikdir. Nəticədə iPhone suda 2.5 metr dərinliyində 30 dəqiqə ərzində qala bilir. Arxa və ön panellər möhkəm və zədələnməyə davamlı olan şüşədən, onları birləşdirən çərçivə isə alüminiumdan hazırlanıb. Arxa hissədə iki ədəd kamera və flash yerləşdirilib. Ön paneldə FaceID skaneri üçün kəsik var. Yüngül çəkisinə görə iPhone 11 əldə saxlamaq çox rahatdır.
Cihaz parlaq LCD displeylə təchiz edilib. 6,1″ diaqonallı ekran və 1792×828 ekran həlli rəngləri ideal otürür. Gün işığı altında və qaranlıq otaqda kontent rahat oxunur – displeyin aydınlığı avtomatik olaraq tənzimlənir. Ekranın xüsusi oleofob örtüyü sayəsində barmaq izləri asan təmizlənir. iPhone 11 möhtəşəm səsə malikdir. Korpusun üst və alt hissələrində stereo dinamiklər yerləşdirilib. Smartfon Dolby Atmos dəstəkləyir. Onun sayəsində film izləyərkən səs kinoteatr effekti ilə hiss edilir.
Məhsuldarlıq və Avtonomluq
iPhone 11 güclü Apple A13 Bionic prosessoru ilə işləyir. A13 çipi smartfonu 20% daha sürətli edib. Operativ yaddaş 4GB-dır. Məlumatın saxlanılması üçün isə 64 GB daxili yaddaş təqdim edilib. iOS 13 əməliyyat sistemi ilə istifadə zamanı lazım olan funksiyanı tapmaq üçün əziyyət çəkməyəcəksiniz. Batareyanın həcmi artırılıb və 3110 mAh təşkil edir. Nəticədə iPhone vasitəsilə daha çox iş yerinə yetirəcəksiniz. Zəng edin, mesaj göndərin, video çəkin, xəbər lentini izləyin – smartfonun enerjisi günün sonunadək tükənməyəcək.
Kameralar
iPhone 11 12 meqapikselli geniş bucaqlı və ultra geniş bucaqlı kameralarına sahibdir. Ultra geniş bucaqlı kamera ikiqat daha çox obyekt tuta bilir. Stabilizasiya sayəsində geniş bucaqlı kameraya çəkilən videoların keyfiyyəti artırılıb. Əlavə olaraq bu kamera gecə zamanı aydın kadrlar yarada bilir. Arza fona Boke effektini tətbiq etmək istəyirsinizsə smartfonda "Portret" rejimi mövcuddur. Əsas kameralar kimi ön paneldə yerləşən TrueDepth kamesası 4K keyfiyyətində videolar və parlaq şəkillər çəkə bilir.