Qarışdırmaq. Kəsmək. Çırpmaq. Dadına baxmaq!
Sevdiyiniz inqrediyentləri asanlıqla qarışdırın.
800 Vt qarışdırma gücü
1 litr tutumunda XL xırdalayıcısı
SpeedTouch sürətin rahat idarə edilməsi
Asan təmizləmə
800 Vt gücə malik mühərrik ideal nəticə təqdim edir
Bizim 800 Vt güclü və davamlı mühərrikimiz ev yeməklərinin bir neçə dəqiqə ərzində hazırlanmasını təmin edir.
Sürətli və daha effektiv qarışdırma üçün ProMix texnologiyası
Unikal Philips ProMix texnologiyası Ştutqart universitetinin mütəxəssissləri ilə əməkdaşlıq nəticəsində tərtib edilib. Bu texnologiya ərzaqların hamar, sürətli və effektiv qarışdırılmasını təmin edən üçbucaq şəkilli başlıqdan ibarətdir.
SpeedTouch texnologiyası ilə gücün asan tənzimlənməsi
Qarışdırmaq üçün daha çox güc lazımdır? Turbo rejimini işə salın. Adi sürət rejimləri parametrləri tənzimləmədən gücü artırmağa imkan yaradır. Sırçramaların qarşısını almaq üçün cihazı aşağı sürətdə işə salın. Daha sonra düyməyə daha güclü basaraq lazım olan sürətdə inqrediyentləri xırdalayın.
Aksessuarları bir düymə vasitəsilə dəyişin
Eyni zamanda bir neçə yemək hazırladığınız zaman aksessuarların asan dəyişdirilməsini yüksək qiymətləndirəcəksiniz. Bir düymə vasitəsilə aksessuarları asanlıqla başlığa birləşdirə və ayıra biləcəksiniz.
Qarışdırma zamanı sıçramaların qarşısını almaq üçün ülgüclərin qorunması
Hazırlama zamanı ətrafınızın təmiz qalması barəsində düşünməyəcəksiniz. Unikal qoruyucu baçlıq inqrediyentlərin ətrafa sıçramasının qarşısını alır. Dalğayabənzər başlıq daldırıcı başlığa birləşərək doğrama prosesinin sonunadək maksimal təmizliyi təmin edir.
Asan təmizləmə prosesi
Asan təmizləmə prosesi
Qaymağın ideal çırpılması, sous və mayonezin hazırlanması üçün çırpıcı
Çırpıcının köməkliyi ilə blinçiklər üçün ideal xəmir, mükəmməl çırpılmış qaymaq, ləzzətli mayonez və s. hazırlaya biləcəksiniz.
Ət, qoz-fındıq və pendir kimi sərt məhsulların emal edilməsi üçün XL xırdalayıcısı
Vaxtınıza və gücünüzə qənaət edin - Philips XL xırdalayıcısı ət və meyvələr kimi inqrediyentləri sizin yerinizə doğrayıb ləzzətli salatların və sousların hazırlanmasını, iri ət tikələrinin xırdalanmasını asanlaşdıracaq.