Peşəkarların seçimi olan Apple MacBook Air 13" MGNA3UA/A modelini sizə təqdim edirik. Cihaz premium kateqoriyalı notbuklara aiddir. Nazik korpus yüngül alüminiumdan hazırlanıb. Apple şirkəti yeni MacBook-da ventilyatorlardan imtina edib. Nəticədə notbuk tamamilə səssiz işləyir.
MacBook Air 13"-ün ən əsas yeniliyi yüksək məhsuldarlığı təmin edən Apple M1 prosessorudur. Yenilənmiş prosessor 3.5 dəfə daha sürətli olub. İnanılmaz sürətə əlavə olaraq avtonom işləmə müddəti də artırılıb. Əlavə enerji toplamadan notbuk 18 saat ərzində fasiləsiz işləyə bilər. Beləliklə, tamamlanmamış işləriniz qalmayacaq. Apple M1 prosessor ilə imkanlarınız sərhədsizdir. MacBook vasitəsilə şəkil və videoları peşəkar səviyyədə redaktə etmək, təqdimatlar hazırlamaq, cədvəllərlə işləmək olar. Cəmi 1.29 kq çəkisi sayəsində MacBook-u asanlıqla yanınızda daşıyıb sizə rahat olan yerdə işləyin. Yüksək məhsuldarlıq hələ bu qədər yığcam olmayıb.
Cihaz MacOS Big Sur əməliyyat sistemi üzərində işləyir. Yeni əməliyyat sistemi MacBook üçün daha geniş tətbiqlər seçimini təklif edir. Apple M1 üçün xüsusi yaradılmış tətbiqlər sayəsində cihaz daha funksional olub. Əlavə olaraq iPhone və iPad üçün nəzərdə tutulmuş tətbiqləri birbaşa MacOS Big Sur-da istifadə edə bilərsiniz. Beləliklə, daha çox tətbiq əldə edəcəksiniz. 8 GB operativ yaddaş cihazın sürətli işinin təmin edilməsində prosessora kömək edir. Daxili 512 SSD sayəsində isə bütün lazım olan məlumat daim əlinizin altındadır.
Və əlbəttə ki, mükəmməl 13.3" düymlü Retina displey. Detallı və real görüntüdən həzz alacaqsınız. Mətnlər daha dəqiq əks edilir, rənglərin parlaqlığı artırılıb. Magic Keyboard ilə mətnlərlə işləmək daha da asanlaşdı. Klaviaturanın işıqlandırılması gecə vaxtı vacib tapşırıqlarınızın yerinə yetirilməsini mümkün edir.