Xiaomi Redmi Note 9 təkmilləşmiş kamera özəllikləri və güclü prosessoru, həmçinin bir sıra digər innovativ funksiyaları ilə orta seqment smartfonlar arasında öz yerini tutmuşdur. Sərfəli qiymətləri və müasir tələblərə cavab verməsi ilə dünyanın ən qabaqcıl elektronika brendlərindən birinə çevrilən Xiaomi bu modellə də android həvəskarlarını sevindirdi.Xiaomi Redmi Note 9 - gözoxşayan xarici görünüş!
Xiaomi Redmi Note 9 smartfonun güclü batareyası sayəsində gün boyu performansını qoruyub saxlaya bilən cihazın xarici görünüşdəki incə detallar olduqca estetik görünür. Ön kameranın ekranın içərisində olması daha geniş və sərhədsiz görüntü yaradır. 6.53 düym ekran həm də cızılmalara qarşı davamlıdır, bu da istifadəçilərə imkan verir ki, cihazı daha uzun müddətli istifadə etsinlər. Cihazın çəkisi cəmi 190 qram təşkil edir, bu da rahat daşınma və istifadəyə şərait yaradır. Corning Gorilla Glass 5 texnologiyası ilə qorunan ekran toz və yağ ləkələri saxlamır.