Yeni Xiaomi Redmi Note 10S dinamik həyat tərzi sevənlər, qiymət və keyfiyyətə diqqət yetirən istifadəçilər üçün əla seçimdir. Smartfonun korpusu plastikdəndir, hamar kənarları sayəsində əldə rahat yerləşir. Ön hissəsi Corning Gorilla Glass 3 ilə qorunan şüşədən hazırlanmışdır. Korpusun sağ tərəfində səs idarəetmə düyməsi, barmaq izi skaneri ilə güc düyməsi, sol tərəfdə iki nanoSIM və bir microSD üçün giriş yerləşib. Ön kamera üçün nəzərdə tutulmuş kəsik AMOLED displeyin sahəsini daha da artırır. Nəticədə kontent çox rahat oxuna bilir. Redmi Note 10S üç rəngdə təqdim olunub - boz, ağ və mavi.
Smartfonun arxa korpusunda 4 kamera yerləşdirilib - əsas (64 mp), geniş bucaqlı (8 mp), makro (2 mp) və dərinlik sensoru (2 mp). Ön paneldə 13 meqapiksellik kamera var.
Əsas kamera vasitəsilə təkrarolunmaz şəkillər çəkə bilərsiniz. Artıq həyatınızın gözəl məqamlarını qaçırmayacaqsınız. Geniş mənzərələri və panoramaları yaddaşda saxlamaq üçün geniş bucaqlı kameradan istifadə edin, makro kamera vasitəsilə daha detallı şəkillər əldə edəcəksiniz. Ön kamera ilə yüksək keyfiyyətli selfilər yaradıb dostlarınızla paylaşa bilərsiniz.
64 GB daxili yaddaş sayəsində ən vacib məlumatlar daim əlinizin altında olacaq. Smartfonun yaddaşı təlabatlarınıza uyğun deyilsə, microSD-dən istifadə edərək saxlama sahənizi 2 TB -a qədər genişləndirə bilərsiniz.
Daim hərəkətdə olan insanlar üçün telefona 5000 mAh tutumlu batareya quraşdırılmışdır. Smartfonunuzdan gün boyu rahatlıqla istifadə edə bilərsiniz. Dostlarınızla danışın, mesaj göndərin, foto, video paylaşın, oyun oynayın – günün sonunadək telefonun enerjisini bərpa etməyə ehtiyac duymayacaqsınız.
Redmi Note 10S almaq üçün Kontakt Home mağazalarına müraciət edə bilərsiniz. Mağazalarımızda Xiaomi modelləri geniş çeşiddə təqdim edilib. İstənilən smartfonu zəmanətlə və pulsuz çatdırılma ilə əldə etmək mümkündür. Əlavə olaraq istədiyiniz məhsulu rahatlıqla onlayn mağazamızdan sifariş verə bilərsiniz.