Az vəsait sərf edib funksional bir smartfon ala biləcəyinizi bilirdinizmi? Xiaomi Redmi 9T smartfonu gündəlik istifadə üçün geniş imkanlara sahibdir. Zəng edin, mesaj və mail göndərin, musiqi dinləyin, video izləyin – smartfonun 6000 mAh həcmli batareyası günün sonunadək kifayət edəcək. Snapdragon 662 prosessor cihazın sürətli işini təmin edir. İstədiyiniz tətbiqlər tez yüklənilir və bir neçə saniyə ərzində işə salınır. Ağır qrafikaya sahib oyunları rahat oynaya bilərsiniz. İntensiv istifadə zamanı korpus qızmır.
Smartfonun korpusu parlaq plastikdən hazırlanıb və su sıçramalarından xüsusi örtüklə qorunur. Göz oxşayan mavi rəngi ilə Redmi 9T ətrafınızdakı insanların diqqətini cəlb edəcək. Cihazın ekranı şüşədəndir və Corning Gorilla Glass 3 ilə cızıqlardan qorunur. İri ekran görüntünü canlı və detallı ötürür. Displey ətrafdakı işıqlandırmaya uyğunlaşır. Beləliklə, kontent günün istənilən vaxtı dəqiq təsvir edilir.
64 GB daxili yaddaş şəkil və videolarınızın smartfonda saxlanılmasını mümkün edir. Əlavə olaraq yaddaşı microSD kart vasitəsilə daha da artırmaq olar. Məlumatlarınızın təhlükəsizliyni təmin etmək üçün smartfon barmaq izi skaneri ilə təchiz edilib. Skaner korpusun yan hissəsində güc düyməsinin üzərinə yerləşdirilib.
Bütün müasir smartfonlar kimi Xiaomi Redmi 9T modeli 4-lü kamera sistemi ilə təchiz edilib. 48 meqapikselli əsas kamera sürətli avtofokusa sahibdir. Nəticədə parlaq və detallı şəkillər yaradacaqsınız. Ultra geniş bucaqlı kamera ilə iri obyektlər bir kadra asanlıqla yerləşir. Bundan başqa makrokamera və dərinlik sensoru vasitəsilə təkrarolunmaz kadrlar əldə etmək olar. 8 meqapikselli ön kamera selfilərinizin detallığını və aydınlığını artırır. Bu səbəbdən smartfonda Face ID sistemi də güclü işləyir.
Redmi 9T Miracast texnologiyasını dəstəkləyir. Onun vasitəsilə smartfonu televizora bağlamaq olur. Beləliklə telefonda olan şəkilləri və videoları birbaşa böyük ekranda izləyə bilərsiniz.