2020-ci ildə buraxılan Xiaomi Redmi 9 büdcəli smartfonlar kateqoriyasına aiddir. Lakin, buna baxmayaraq telefonun texniki imkanları çox maraqlıdır. Sadə dizayn telefonun istifadəsini asanlaşdırır. Arxa korpus plastikdən hazırlanıb. Üzərində kameralar və barmaq izi skaneri yerləşdirilib. Qabarıq relyef sayəsində telefon əldə rahat yerləşir. Ön korpus Gorilla Glass 3 ilə qorunur, üst hissədə kamera üçün kəsik var. Korpusun yan tərəfində nanoSIM və microSD kart üçün giriş yerləşdirilib. Redmi 9 iki SIM kart dəstəkləyir. Üst hissədə İnfraqırmızı port, mikrofon, altda dinamik, danışıq üçün mikrofon, USB Type-C və qulaqlıqlar üçün giriş var. Smartfon bazarda üç rəngdə mövcuddur – tünd boz, bənövşəyi və yaşıl.
Smartfon iri 6.53 düymlü displeyi, Full HD+ ekran həlli rəngləri canlı və dəqiq təsvir edir. Ekrandakı kontent həm günəş işığı altında, həm də zəif işıq şəraitində rahat oxunur. Displey oleofob qata sahibdir. Adi şüşədən fərqli olaraq, ekran ləkələrdən daha çox qorunur və rahat təmizlənir.
MediaTek Helio G80 prosessoru sayəsində əvvəlki modellərə nisbətən smartfonun məhsuldarlığı daha da artırılıb. 5000 mAh tutumlu akkumulyator və 18 Vt adapter sayəsində telefonu uzun müddət ərzində istifadə edib enerjisini qısa müddətdə bərpa edə bilərsiniz. Büdcəli smartfon axtaran və gün ərzində çox iş yerinə yetirən insanlar üçün bu ideal və əlverişli seçimdir.
Redmi 9 çox asan və istifadəçinin tələblərinə uyğunlaşan bir interfeysə sahibdir. Onun daxili görünüşünü istədiyiniz kimi dəyişə bilərsiniz. Telefon ekran bölmə rejimini dəstəkləyir. Onun vasitəsilə eyni anda bir neçə işi yerinə yetirə bilərsiniz.
Kameralar sayəsində ən gözəl xatirələrinizi, vacib məlumatları yaddaşda saxlayın. Arxa korpusda 13 meqapikselli əsas, 8 meqapikselli geniş bucaqlı, 5 meqapikselli makro və 2 meqapikselli sensorlu kameralar yerləşib. Telefon detallı şəkillər çəkə bilir. Rənglər dəqiq və düzgün təsvir edilir. Videoçəkiliş zamanı görüntünü aydın yaxınlaşdıra və uzaqlaşdıra bilərsiniz. Səs aydın və təmiz yazılır.
Ön paneldə 8 meqapikselli kamera mövcuddur. Redmi 9 möhtəşəm selfi yaratmaq üçün sizin əvəzolunmaz köməkçiniz olacaq.
Sadalanan bütün xüsusiyyətlərdən sonra bu modeli əldə etmək qərarına gəlmisinizsə, Kontakt Home mağazalarında sizi gözləyirik. Əməkdaşlarımız smartfonun bütün özəlliklərini nümayiş etməkdən məmnun olacaq. Üstəlik mağazalarımızda təqdim edilən bütün məhsullara zəmanət verilir. Xiaomi Redmi 9 smartfonunu onlayn almaq üçün saytımızdan istifadə edin. Sifariş prosesi çox asandır və cəmi 1 dəqiqəyə yeni smartfon sahibi ola bilərsiniz!