2021-ci ildə Xiaomi yeni Poco X3 Pro modelini alıcı kütləsinə təqdim edib. Smartfonun ön korpusu şüşədən hazırlanıb, Gorilla Glass 6 ilə cızıqlardan və zədələrdən qorunur. Poco X3 Pro su sıçramalarına davamlıdır və IP53 qorunma dərəcəsinə malikdir. Arxa korpus plastikdəndir. Yan hissələri mat, orta hissəsi hamardır. Arxa panelin üst hissəsində kameralar bloku var. Smartfonun üst hissəsində mikrofon, dinamik və İnfraqırmızı port mövcuddur. Alt hissəsində ikinci dinamik, mikrofon, Type-C və qulaqcıqlar üçün giriş var.
Barmaq izi skaneri güc düyməsinin üzərinə quraşdırılıb və səs düyməsi ilə bir yerdə yan tərəfdə yerləşdirilib. Digər tərəfdə 1 NanoSIM və 1 microSD kart üçün giriş var. Ehtiyac olduqda microSD kart üçün giriş ikinci SIM kart üçün istifadə edilə bilər.
6.67 düymlü IPS LCD ekran gündüz açıq havada və axşam vaxtı qaranlıq otaqda rahat oxunur. Rənglər parlaq və canlı təsvir edilir. Qualcomm Snapdragon 860 prosessor sayəsində real qrafikaya sahib olan oyunları rahat oynaya bilərsiniz.
Müasir prosessor və 6 GB operativ yaddaş smartfonu sürətləndirib. Bütün tətbiqlər tez yüklənilir. Akkumulyatorun 5160 mAh tutumu sayəsində əlavə enerji toplamadan cihazdan üzün müddət ərzində istifadə etmək olar. Poco X3 Pro sürətli enerjini dəstəkləyir və 33 Vt adapter ilə 1 saat ərzində sərf edilən enerji tam olaraq bərpa edilir.
Poco X3 Pro müasir kamera sisteminə sahibdir. Arxa korpusda 48 mpx geniş bucaqlı, 8 mpx ultra geniş bucaqlı, 2 mpx makro kamera və 2 mpx-li dərinlik sensoru yerləşib. Kamera görüntüyə rəngləri dəqiq ötürür. Nəticədə canlı və dinamik şəkillər əldə olunur.
Xiaomi Poco X3 Pro Kontakt.az onlayn mağazamızdan əldə etmək üçün tələsin. Cəmi 1 kliklə smartfonu zəmanətlə əldə edə bilərsiniz!